Accessibility links

Azərbaycan və ABŞ hərbi təbabət sahəsində əməkdaşlığı müzakirə edib


Dekabrın 15-də Azərbaycan Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru Elizabet Corcla görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hərbi təbabət sahəsində hazırkı əməkdaşlıq və perspektivlər müzakirə olunub. Görüşdə Azərbaycan ilə ABŞ arasında Birgə Bioloji Əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib.

ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru Elizabet Corc
ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru Elizabet Corc

Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirib. Əməkdaşlıq çərçivəsində keçirilən treninqlərin vacibliyindən danışan idarə rəisi biotəhlükəsizlik və biomüdafiə sahələrində də təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

XS
SM
MD
LG