Accessibility links

Azərbaycan hərbçiləri Aralıq dənizində keçiriləcək təlimlərdə iştirak edəcək


Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib
Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib

Azərbaycan ABŞ və başqa dövlətlərin iştirakı ilə Aralıq dənizinin Türkiyə hissəsində keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Bu barədə Report agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Baş Qərargah bildirir ki, təlimlər sentyabrın 28-də başlayıb, oktyabrın 7-də başa çatacaq.

“Mavi balina-2018” adlanan hərbi dəniz təlimləri Aralıq dənizinin şərqində keçiriləcək. Təlimlərdə ABŞ və NATO üzvü olan digər ölkələrin, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri iştirak edəcək.

XS
SM
MD
LG