Accessibility links

Hesabat: Koronavirusun Çin laboratoriyasından sızadığı ehtimal edilir


Nüfuzlu Wall Street Journal qəzeti xəbər verir ki, keçən il ABŞ hökumətinə məxsus laboratoriya tərəfindən yayımlanan hesabatda COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan sızma səbəbi ilə meydana gəldiyinə dair nəzəriyyənin inandırıcı olduğunu və daha çox araşdırma tələb etdiyi qənaətinə gəlinib.

2020-ci ilin mayında Kaliforniyadakı Lawrence Livermore Milli Laboratoriyasında alimlər tərəfindən hazırlanan gizli hesabatdan ABŞ Dövlət Departamenti tərəfindən Tramp administrasiyasının son aylarında pandemiyanın mənşəyi ilə bağlı araşdırma aparılarkən istifadə edilib.

Jurnal Lawrence Livermore laboratoriyasının bioloji mövzularda kifayət qədər təcrübəyə sahib olduğunu bildirir. Və laboratoriya qiymətləndirməni SARS virusunun COVID-19-a səbəb olan versiyasının genetik analizi üzrəində qurub.

Bu xəbərdən əvvəl ABŞ Prezidenti Co Bayden milli kəşfiyyat birliyinə virusun mənşəyinin araşdırılmasına göstəriş verib. Kəşfiyyat qurumları hazırda COVID-19-un təsadüfən laboratoriyadan sızması və ya heyvandan insana yoluxması ilə ortaya çıxması barədə ehtimalları araşdırır.

Frans Press Agentliyinin (AFP) isə yaydığı digər bir xəbərdə bildirilir ki, Çin artıq üç yaşındakı uşaqlara COVID-19 peyvəndinin təcili istifadəsini təsdiqləyib. Beləliklə də Çin azyaşlı uşaqlara peyvənd tətbiq edən ilk ölkə olub.

Çin mənşəli əczaçılıq şirkətinin sözçüsü AFP-yə bildirib ki, peyvəndin 3-lə 17 yaş arası uşaqlara təcili istifadəsi təsdiqlənib.

Lakin şirkətinin sözçüsü peyvəndin uşaqlara nə vaxtdan etibarən tətbiq ediləcəyi barədə dəqiq bir tarix olmadığını və tarixin Milli Səhiyyə Komissiyası "Çinin mövcud epidemiyanın qarşısının alınması, nəzarət ehtiyacları və peyvənd tədarükü" nəzərə alındıqdan sonra müəyyən ediləcəyini bildirib.

Sözügedən şirkət uşaqlar və yeniyetmələr üzərində peyvəndin erkən sınaqlarını başa çatdırıb. Nəticələr qısa müddətdə Lancet elm jurnalında dərc ediləcək.

XS
SM
MD
LG