Accessibility links

Hesabat: ABŞ-ın Əfqanıstanda məyusedici nəticələri


ABŞ əsgəri Helmand əyaləti yaxınlığındakı Şorab hərbi düşərgəsində təlim keçir. Əfqanıstan. 27 avqust, 2017
ABŞ əsgəri Helmand əyaləti yaxınlığındakı Şorab hərbi düşərgəsində təlim keçir. Əfqanıstan. 27 avqust, 2017

Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Müfəttişliyinin (SIGAR) verdiyi məlumata görə, son aylarda ABŞ ordusunun həmlələri Əfqanıstan hökümətinin yerli əhali üzərində nəzarəti ələ alma prosesinə mənfi təsir göstərib. Hesabatda bildirilir ki, təkcə 2017-ci ilin oktyabr ayında ABŞ-ın Əfqanıstandakı 11 minlik ordusu düşmən qüvvələrinə qarşı 653 bomba yağdırıb. Müqayisə üçün - bu rəqəm 2016-cı ildəkindən üç dəfə çox olmaqla yanaşı, həm də 2012-ci ildə bəri qeydə alınan rekord göstəricidir.

Hesabatda həmçinin qeyd olunub ki, mövcud döyüş şəraitində ABŞ tərəfdə də itkilərin sayı artıb. Keçən ilin 11 ayı ərzində 11 ABŞ hərbi qulluqçusu öldürülüb. 2015 və 2016-cı illərin eyni dövrü ilə müqayisədə bu rəqəm ikiqat çoxdur.

Əfqanıstanda tiryək hasilatı 87 faiz artıb.

​‘SIGAR’-ın çərşənbə axşamı Konqresə, Müdafiə Nazirliyinə və Dövlət Departamentinə verdiyi hesabatında qeyd edilir ki, ABŞ-ın narkotiklə mübarizəyə istiqamətlənmiş $8.7 milyard dollar yardımına baxmayaraq, ötən il Əfqanıstanda tiryək hasilatı 87 faiz, tiryək əkinçiliyində istifadə edilən torpaqlar isə 63 faiz artmaqla bu günə qədər olan ən yüksək həddinə çatıb.

Hesabatda bildirilir ki, ABŞ və Əfqanıstan rəsmiləri ölkədə istifadə edilməmiş mineral ehtiyatların inkişaf etdirilməsi ilə bağlı qeyri-real gözləntiləri olduqlarını qəbul ediblər.

Bəzi əfqan fermerlər tiryək becərilməsini maliyyə baxımdan daha gəlirli hesab edir.
Bəzi əfqan fermerlər tiryək becərilməsini maliyyə baxımdan daha gəlirli hesab edir.

Hətta ABŞ tərəfindən edilən təxminən yarım milyard dollar həcmində yardıma baxmayaraq, ölkənin mədən sənayesindən gələn gəlirlər Əfqanıstanın $6.5 milyard dollarlıq dövlət büdcəsinin yalnız 0.3 faizini təşkil edib. Əlavə edilir ki, gələcəkdə Əfqanıstandakı faydalı qazıntıların çıxarılmasına dair hər hansı bir plan ABŞ tərəfindən "ehtiyatla dəyərlənləndirmə, risklərin idarə edilməsi’’ prespektivindən baxılmalıdır.

SIGAR qeyd edib ki, "etibarsızlıq, korrupsiya, zəif idarəetmə və infrastrukturun olmaması" Əfqanıstan mədən sənayesinin inkişaf səylərinə mane olan faktorlardandır.

Tənqid

Hesabatın hazırlanmasında məsul şəxs və xüsusi müfəttişi Con Sopko ABŞ Müdafiə nazirliyini onun ofisinə zəng edərək, Əfqanıstandakı spesifik ərazilər haqqında əvvəlcədən hər kəsə açıq olan məlumatların hesabatda dərc edilməməsini istəməkdə tənqid edib.

Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Müfəttişliyinin (SIGAR) xüsusi müfəttişi Con Sopko
Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Müfəttişliyinin (SIGAR) xüsusi müfəttişi Con Sopko

"Bu hadisə bir neçə səbəbə görə narahatedicidir. Ən birinci səbəb isə odur ki, ilk dəfədir xüsusi müfəttişə gizli olmayan məlumatları amerikalı vergi ödəyicilərinə açıqlamamaq tapşırılır," Sopko bildirib.

İlk dəfədir ki, xüsusi müfəttişə gizli olmayan məlumatları amerikalı vergi ödəyicilərinə açıqlamamaq tapşırılır.
Con Sopko, SIGAR

"Nəticə budur ki, SIGAR hesabat hazırlamağa başlayandan sonra hökümət tərəfindən nəzarət edilən və ya təsir etmə gücünə sahib bölgələrin sayının azalması ilə yanaşı, qiymaçılar tərəfindən idarə edilən ərazilər sayı artmaqdadır. Üstəlik bu məlumatların ictimaiyyətə açıqlanması və müzakirəsinin aparılmaması daha böyük narahatlıq doğuran haldır," Sopko əlavə edib.

Əfqanıstanda zorakılıqlar

Əfqanıstanın Farah əyalətində sakinlərin sözlərinə görə, Taliban qüvvələri gündəlik olaraq təhlükəsizliyə nəzarət məntəqələrini ələ keçirib, əsgərləri öldürürlər. Farahın keçmiş qubernatoru Məhəmməd Arif Şah Cahan AzadlıqRadiosuna bildirib ki, Talibanın əsas məqsədi əyaləti ölkənin cənub-qərb hissəsi ilə təchizat gediş-gəlişini təmin edəcək dəhlizə çevirməkdir. Keçmiş polis rəisi General Maruf Folad Farah vilayətində təxminən 6000 qiyamçının fəaliyyət göstərdiyini iddia edir.

Əfqan polisi Kabildə baş vermiş bomba hücumunu araşdırır. 28 yanvar, 2018.
Əfqan polisi Kabildə baş vermiş bomba hücumunu araşdırır. 28 yanvar, 2018.

Hesabatda bildirilir ki, qitədə yaşayan insanların yaşayış şəraitlərinin yaxşılaşdırmasına kömək edən Asiya Fondunun əfqanlar arasında apardığı illik sorğu göstərir ki, respondentlərin yarıdan çoxu ölkədə Taliban qiyamçıları ilə sülh yaratmağın mümkün olduğuna inanır, təxminən 16 faiz isə Talibana qarşı çox və ya qismən rəğbət hiss edir.

Əfqanıstanda azad medianı dəstəkləyən təşkilat olan NAI-nin hesabatına görə, keçən il əfqan jurnalistlərə qarşı 167 zorakılıq hadisəsi qeydə alınıb. Jurnalistlərə qarşı edilən hücumların 40 faizində qiymaçılar, 37 faizində isə hökümət iştirak edib.

Ölümcül şiddət hadisələri Əfqanıstanda demək olar ki hər gün baş verir.

​Bazar ertəsi günün erkən saatlarında Kabildə yerləşən hərbi akademiyaya edilən hücum nəticəsində Əfqanıstan Milli Ordsunun 11 üzvü həlak olub, 16 nəfər isə yaralanmışdı.

Şənbə günü Kabilin mərkəzindəki insanların sıx toplandığı prospektdə partlayıcılarla dolu ambulans avtomobilinin partladılması 100-dən çox insanın ölümünə, yüzlərlə adamın yaralanmasına səbəb olmuşdu.

Yanvarın 24-ündə militantlar Cəlalabad şəhərindəki "Uşaqları Qoru" adlı beynəlxalq yardım təşkilatının ofisinə hücum edərək, azı beş nəfəri öldürərək, 12 adamı yaralamışdı. İslam Dövləti qrupu məsuliyyəti öz üzərinə götürmüşdü.

Yanvarın 21-də Kabildəki "Intercontinental" otelinə hücum zamanı dördü amerikalı olmaqla azı 22 nəfər öldürülmüşdü. 14 saat davam edən mühasirənin və hücumun məsuliyyətini Taliban öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG