Accessibility links

“Bio-müxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi-Siyasi Platformanı”nın hesabatı


“Bio-müxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi-Siyasi Platformanı”nın hesabatı
please wait

No media source currently available

0:00 0:02:16 0:00

“Bio-müxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi-Siyasi Platformanı”nın hazırladığı hesabat bu həftə Parisdə yekun qiymətləndirmədədir. Üç il müddətində hazırlanan hesabatda bioloji müxtəlifliyini itirən dünya üçün xilasetmə planının olduğu gözlənilir.

Dünya boyu bioloji müxtəlifliyin itməsi heç kim üçün sirr deyil. Madaqaskar lemurlarından tutmuş, qurbağalar və salamanderləe kimi amfibiyalara qədər... Bitkilər də buraya daxildir. Bəzi araşdırmalara görə bu yüzillikdə planetdəki bitkilərin 50 faizi yox ola bilər.

“Bio-müxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi Siyasi Platforma” və ya IPBES-dən yeni hesabatında öz evimizə verdiyimiz ziyanı ortaya qoymağı planlaşdırır. Bio-müxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi Siyasi Platforma"sından Ann Lariqudey: “Bu hesabatda daha çox narahat doğuran rəqəmlərin sənədləşdirilməsidır və təəssüf ki, bu davam etdiyi üçün canlı təbiətin vəziyyətinin getdikcə pisləmşəsidir. Biz burada, Fransada və dünyanın hər yerində mədəni landşaftlarımızı itirməklə maddidən daha çox ruhumuzun, varlığımızın bri hissəsini itiririk."

Bu hesabatın yazılması 3 il, hazırlanması isə 2 milyondan artıq dollar başa gəlib. Hesabatın məqsədi dünya boyu insanların artmasına səbəb olan bio-müxtəlifliyin qorunmasıdır. Robert Vatson: “Bizim kənd təsərrüfatı layihəmiz varsa, biz bu sahədə bio-müxtəlifliyi necə qoruyacağımızı düşünməliyik. Bizim su layihəmiz varsa, biz bu layihəni bio-müxtəlifliyə zərər vurmadan həyata keçirməliyik.”

Hesabat hazırlanarkən 150 ekspert daxil edilməklə, minlərlə mənbəyə əsasən araşdırmalar aparılıb ki, burada mərcan qayalarından tutmuş, okeanlara qədər insanların ətraf mühitə təsiri araşdırılıb.

Hesabatın müəllifləri gələcək nəslin bu hesabatdakı tövsiyələrə əməl edəcəklərinə ümid edirlər. UNESCO-dan Odri Azole: "Gənclərin bir konsensus əldə edəcəyinə əmin ola bilərsiniz, çünki elm dünyası ilə gənclər arasında bio-müxtəlifliyin gələcəyi və bəşəriyyətin gələcəyi üçün çox bir mühüm bir zamanda yeni bir ittifaq yaranır. "

Bio-müxtəlifliyin qlobal səviyyədə qiymətləndirilməsinə dair son hesabat 2005-ci ildə açıqlanmışdı. Hesabat bu həftə ictimaiyyətə açıqlanacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG