Accessibility links

Hesabat: İŞİD "qadınları" İraq qüvvələrinin təcavüzünə məruz qalır


İŞİD yaraqlılarının onlarla qadın qohumu Mosuldakı qaçqın düşərgələrində İraqın təhlükəsizlik qüvvələrinin seksual təcavüzü və təzyiqlərinə məruz qalıır.

Bu barədə Araşdırmaçı Jurnalizm üçün İraq Reportyorları Şəbəkəsinin hesabatında bildirilib.

İraqın İnsan haqları üzrə Ali Komissiyası tərəfindən rədd edilən hesabatda deyilir ki, 36 təsdiq edilmiiş təcavaz hallarından 16-sı sənədləşdirilib. 3 ay davam edən araşdırmaların nəticəsi göstərib ki, təzavüzə məruz qalanlar arasında 15-lə 18 yaş arasında 5 azyaşlı qız da yer alır.

Bildirilir ki, qızların bəziləri intihar edib.

"Bu qadınlar İŞİD sıralarına qoşulan ataları, ərləri və qardaşları adından özlərini cəzalandırıb. Onlar təzavüzlə bağlı şikayət etsələr, dərhal terrorçuluqda ittiham edilir"- deyə, hesabatın müəllifi Dlovan Barvari Amerikanın Səsinə bildirib.

Barvarinin dediyinə görə, İraqın Təhlükəsizlik Qüvvələri və Şiə Mobiliziasiya Qüvvələrinin əsgərləri qadınlara seks təqdim edib, onlardan "yox" cavabı alqıqda qadınlar sənədlərinin əllərindən alınması da daxil edilməklə, müxtəlif zorakılıqlara məruz qalır.

Zəngin ailələrdən olan qadınlar problemi rüşvət yolu ilə həll edir.

"Düşərgələrdəki bəzi çadırlar fahişəxanalara çevrilib. Orada qadınlar 3 dollar və çox az ərzaq müqabilində seksə məcbur edilir. Onların mühasirədə olan ərazilərə sığındıqları üçün başqa çarələri yoxdur" , Barvari əlavə edib.

Hesabatda İraq qüvvələri İŞİD-lə əlaqəsi olan ailələrin stiqmalarını nəzərə almamaqda günahlandırılır.

Sənəddə həmçinin qeyd edilir ki, yardım təşkilatları İŞİD-ə kömək ittihamından qorxaraq, qurbanlara yardım etməkdən imtina edir.

İraqın İnsan haqları üzrə Ali Komissiyası hesabatın həqiqətə əsaslanmadığını və reallığı əks etdirmədiyini bildirib.

Komissiyanın üzvü Fazil Əl-Qaravi mediaya verdiyi bəyanatda bildirib ki, İŞİD ailələrinin sığındığı düşərgələrə İraqın Məcburi Köçkünlər və Misrasiya Nazirliyi tərəfindən nəzarət və qaçqınlar İraqın təhlükəsizlik qüvvələri tərəfindən müdafiə edilir.

Rəsmi statistikaya görə, İŞİD ailələrinin sayı 100 min nəfər təşkil edir. Onların əksəriyyəti beynəlxalq ictimaiyyətin saldığı düşərgələrdə yaşayır.

Human Rights Watch həmin bu düşərgələir "de-fakto həbsxana" adlanıdırır.

Amnesty International ailələrin yaxşı müdafiə edilməməsinin zorakılıqların növbəti dalğasına səbəb olacağı barədə xəbərdarlıqla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG