Accessibility links

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Əhatəli artım strategiyalarına ehtiyac var


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında dünya ölkələrinin kifayət qədər iqtisadi artıma yardım edəcək siyasətlər yürütmədiyi bildirilir.

İqtisadi artımla bağlı illik hesabatda deyilir ki, əmək məhsuldarlığı, rəqabət və innovasiyaların artırılması üçün əhatəli artım strategiyalarına ehtiyac var.

Hesabat Böyük İyirmiliyin İstanbul sammiti vaxtına təsadüf edir.

Sammit iştirakçıları ötən il qlobal iqtisadiyyatın 2018-ci ilədək artırılması öhdəliklərini nəzərdən keçirməlidir.

Görüş zamanı böyük iqtisadiyyatların fərqli sürəti və valyuta siyasətləri gündəmə gətiriləcək.

Sammit işini sabah davam etdirəcək.

XS
SM
MD
LG