Accessibility links

Hesabat Məruzəsi zamanı Konqresə fəlakətli hücum olsa, ölkəni kim idarə edəcək?


Hesabat Məruzəsi zamanı Konqresə fəlakətli hücum olsa, ölkəni kim idarə edəcək?
please wait

No media source currently available

0:00 0:01:27 0:00

ABŞ-ın bütün yüksək vəzifəli siyasətçiləri prezidentin hesabat məruzəsini dinləmək üçün bir araya gəlir.

Amma onlardan biri: “öncədən müəyyən edilmiş sağ qalan” (designated survivor) adı verilən bir siyasətçi bu çıxışda iştirak etmir.

Həmin şəxs fəlakətli hücum nəticəsində prezident olmaq sırasında olan hər kəsin öldüyü təqdirdə ölkəyə başçılıq edəcək.

Gizli Xidmət həmin şəxsi Vaşinqtondan kənarda ictimaiyyətə naməlim bir məkana aparır və prezidentin çıxışı ərzində orada saxlayır.

Həmin şəxs prezidentin kabinet üzvləri arasından seçilir. O, Konstitusiyada prezident ola bilmək üçün lazım olan bütün tələbləri qarşılamalıdır: azı 35 yaşı, ABŞ-da anadan olmuş və bu dövlətin vətəndaşı olmalıdır.

Onun kimliyi hesabat məruzəsi çıxışından çox qısa müddət öncə açıqlanır.

Bu ənənə 1960-cı illərdə Soyuq Müharibə dövründə nüvə hücumu təhlükəsi nəticəsində yaranıb.

Prezidentin inaqurasiya mərasimində də eyni prosedur həyata keçirilir.

Təhlükəsizlik tədbirləri səbəbilə bu şəxslərin təcrübələri ilə bağlı məlumat paylaşmalarına icazə verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG