Accessibility links

"Ali baş komandanın xəbəri olmadan Müdafiə Nazirliyi neçə offşor şirkətlərə pul göndərə bilər?" [Video-Müsahibə]


Cəmil Həsənli: Ali baş komandanın xəbəri olmadan Müdafiə Nazirliyi neçə offşor şirkətlərə pul göndərə bilər?
please wait

No media source currently available

0:00 0:26:31 0:00

Hazırda Amerikada səfərdə olan Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinin qonağı olub. Səfərinin məqsədləri barədə Həsənli deyib ki, bir neçə gün Vaşinqtonda maraqlı görüşlər keçirdikdən sonra Utah Ştat Universitetində son monoqrafiyasının təqdimatı olacaq.

Səfərini həm elmi araşdırmalar, həm də ictimai-siyasi məsələlərlə bağlı olduğunu deyən tarixçi alim Azərbaycanda siyasi durumun ürəkaçan olmadığını, bunun sosial-iqtisadi durumla müəyyən edildiyini deyb.

​Milli Şuranın sədri insanların devolvasiyalar, manatın dəyər itirməsi, işsizlik və digər faktorlara görə ağır sarsıntı içərisində yaşadığını diqqətə çatdırıb.

Ölkənin hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olduğunu deyən cənab Əliyev bilavasitə ona tabe olan nazirliklərin bu əməliyyatlarından xəbərsiz ola bilməz. Əks halda onu bu sualın cavabı maraqlandırardı.

Onun dediyinə görə, ölkənin ümumdaxil məhsul istehsalı 75 milyard dollardan 37 milyard dollara enib.

Cəmil Həsənli iki ildə yaşanan ağır vəziyyətin siyasi kataklizmlər yaratdığını da qeyd edib.

Azərbaycanda siyasi məhbus böhranının hələ də həllini tapmadığını deyən tarixçi ABŞ və Qərbdən daha sərt reaksiyalar gözlədiyini bildirib. O deyib ki, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı Vaşinqtonun sərt reaksiyası onun azad edilməsinə yol açıb.

Həsənli bu kimi ölçülərin Xədicə İsmayıl, İlqar Məmmədov və digərləri ilə bağlı da atılmasının vacibliyini önə çəkib.

Azərbaycanın Avropada pulyuma əməliyyatlarını rüsvayçılıq kimi qiymətləndirən Həsənli 3 milyard oğurlanmış pulun ölkədən offşorlara keçirilən məbləğin çox kiçik bir hissəsi olduğunu deyib.

“Bir anlığa təsəvvür edin ki, ərazisi işğal olunan bir ölkənin hakim elitası, hakim ailəsi Müdafiə Nazirliyi, Müdafiə Sənayesi, kəşfiyyat orqanları və digər nazirliklər üçün ayrılan vəsaitləri gizli yollarla offşor banklara transfer edir. Ali baş komandanın xəbəri olmadan Müdafiə Nazirliyi neçə offşor şirkətlərə pul göndərə bilər?”- deyə Həsənli sual edib.

Cəmil Həsənlinin rəhbəri olduğu Milli Şura korrupsiya ilə bağlı üzən çıxan faktlarla əlaqədar paytaxtda etiraz aksiyaları təşkil edib.
Cəmil Həsənlinin rəhbəri olduğu Milli Şura korrupsiya ilə bağlı üzən çıxan faktlarla əlaqədar paytaxtda etiraz aksiyaları təşkil edib.

“Ölkənin hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olduğunu deyən cənab Əliyev bilavasitə ona tabe olan nazirliklərin bu əməliyyatlarından xəbərsiz ola bilməz. Əks halda onu bu sualın cavabı maraqlandırardı. Sonradan məlum oldu ki, Ermənistanın dövlət büdcəsindən artıq olan hərbi büdcə ona görə artıq idi ki, korrupsiya və talançılığa yem olsun,” Milli Şuranın sədri bildirib.

Cəmil Həsənli bu məsələyə ciddi təpki verdiyi sosial medianın bloklanmaya məruz qaldığını bildirib. Milli Şuranın son 2 mitinqinin də bu məsələ ilə əlaqədar olduğunu deyən Həsənli mitinqlərin korrupsiya faktını araşdıran beynəlxalq jurnalist qrupunun ortaya qoyduğu bu mənzərəyə etiraz olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG