Accessibility links

Heyvan müdafiəçilərinin aksiyasının qarşısı alınıb


Bu gün, avqustun 27-də polis paytaxt Bakının Nərimanov rayonunda heyvan müdafiəçilərinin aksiyasının qarşısını alıb, iki aksiya iştirakçısı saxlanılıb.

Aksiya Ziya Bünyadov prospekti yaxınlığında tərk edilmiş tikinti zonasında 6 küçə itinin öldürülməsi ilə əlaqədar keçirilib.

Heyvan müdafiəçiləri aksiya keçirir
Heyvan müdafiəçiləri aksiya keçirir

Aksiyanın təşkilatçısı ictimai fəal Nicat İsmayılovun sözlərinə görə, itlərə peyvənd vurulmuşdu, onlar axtalanmışdı, sağlam idi və ətrafdakılar üçün təhlükə təşkil etmirdi. Könüllülər müntəzəm olaraq onları yedirdirdi.

İsmayılovun iddiasına görə, itlər küçə itlərinə qayğı mərkəzinin əməkdaşları tərəfindən öldürülüb.

İsmayılov yarımçıq tikilmiş binalardan birinin damına çıxıb və “Bizi öldürməyin!” şüarı yazılan plakat asıb. Amma mülki geyimli şəxslər və polis əməkdaşları İsmayılovu və onu müdafiə edən daha bir fəalı saxlayıblar.

XS
SM
MD
LG