Accessibility links

Hizbullah İsrailə raket hücumu edib


Livanlı yarı-hərbi qrup Hizbullah şənbə günü İsrailin hərbi bazasına 60-dan çox raket atdığını bildirib.

Hizbullah bəyanatında bildirib ki, hücüm liderlərindən biri olan Saleh əl-Arurinin bu həftənin əvvəlində öldürülməsinə “ilkin cavabdır.” Hizbullah Arurinin ölümü ilə nəticələnən hücuma görə İsrailin məsuliyyət daşıdığına inanır, ancaq İsrail məsuliyyəti üzərinə götürməyib.

Cümə günü Livan yarı-həri dəstəsinin lideri deyib ki, onun qrupu hücuma görə qisas almalıdır.

“Biz bu qədər ciddi pozuntuya səssiz qala bilmərik,” The Associated Press Həsən Nəsrallahdan sitat gətirib. O deyib ki, səssiz qalmanın bədəli qisas almağın risklərindən daha böyükdür.

HƏMAS və regiondakı təhlükəsizlik rəsmiləri Saleh Əl-Arurinin ölümü ilə nəticələnən hücuma İsrail dronunun səbəb olduğunu bildirib, baxmayaraq ki, İsrail birbaşa məsuliyyət almayıb.

Hizbullah da Birləşmiş Ştatlar və digərləri tərəfindən türror təşkilatı olaraq tanınan İranın dəstəklədiyi HƏMAS kimi İsrail-HƏMAS müharibəsi oktyabrda başlayandan bəri İsrailin şimal sərhədi boyunca raketlər atır.

İsrail şənbə günü Qəzzanın cənubunda Rəfah və Xan Yunia şəhərlərinə hücumlar edib. Yüz minlərlə fələtinli döyüşlərdən qaçmaq məqsədilə, İsrail səlahiyyətlilərinin göstərişi ilə Qəzzanın cənubuna evakuasiya ediblər, amma orada da döyüşlər aparılıb.

BMT-nin humanitar məsələlər üzrə başçısı Martin Qriffit cümə günü xəbərdarlıq edib ki, bütöv fələstin ərazisi üç aydır davam edən və Qəzzanın böyük bir hissəsinin dağılması ilə nəticələnən və humanitar fəlakətə səbəb olan müharibədən sonra “sadəcə olaraq yaşayış üçün yararsız hala gəlib.”

İranın dəsrəklədiyi HƏMAS oktyabeın 7-də İsrailə terror hücumu edərək, təxminən 1200 nəfəri öldürüb, 240 nəfəri girov götürməsindən sonra Yaxın Şərq qaynar nöqtəyə çevrilib.

HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyğ Nazirliyinin məlumatına görə, İsrailin cavabı nəticəsində 22600-dən çox fələstinli öldürülüb və onların böyük əksəriyyəti qadın və uşaqlardır.

Forum

XS
SM
MD
LG