Accessibility links

"Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"


"Hizbullah"ın lideri Həsən Nəsrullah
"Hizbullah"ın lideri Həsən Nəsrullah

"Hizbullah"ın Livandakı lideri Həsən Nəsrullah çərşənbə günü xəbərdarlıq edib ki, bu ölkə ilə Livan silahlı qruplaşması arasında müharibə başlayarsa, İsraildə heç bir təhlükəsiz yer qalmayacaq.

Nəsrullah televiziya ilə çıxışında iki düşmən arasında ara-sıra döyüşlər daha geniş münaqişəyə çevrilsə, İranın dəstəklədiyi "Hizbullah"ın "hədəflər bankı" olduğunu və dəqiq zərbələr endirəcəyini deyib.

Nəsrullah "Bizim raketlərimiz və pilotsuz təyyarələrimiz İsraildə təhlükəsiz yer qoymayacaq" deyib.

Çərşənbə axşamı "Hizbullah" özünün dediyi kimi İsrailin dərinliklərindəki həssas obyektlərin dron görüntülərini yayımlayıb.

"Bizim indi yeni silahlarımız var. Lakin mən onların adlarını deməyəcəyəm. Düşmən yaxşı bilir ki, biz özümüzü ən ağır vəziyyətə hazırlamışıq və raketlərimizi heç bir yerdən əsirgəməyəcək" - deyə, Nəsrullah bildirib

İsrail Müdafiə Qüvvələrinin qərargah rəisi, general-leytenant Herzi Halevi çərşənbə günü İsrailin Livanla sərhədi yaxınlığına səfəri zamanı İsrailin "Hizbullah"ın silahlarından yaxşı xəbərdardır olduğunu deyib.

O, "Düşmən bizim imkanlarımızın yalnız kiçik bir hissəsindən xəbərdardır və lazım olan anda onları görəcək" - deyə, bildirib.

İsrail və HƏMAS-ın müttəfiqi olan "Hizbullah" Qəzzada müharibənin başladığı oktyabr ayından bəri bir-birlərinə zərbələr endirib. Səkkiz ay ərzində Livanda əksəriyyəti "Hizbullah" döyüşçüləri olmaqla, 400-dən çox insan öldürülüb ki, onlardan 80-ni mülki vətəndaş olub. İsraildə isə döyüşlər zamanı 16 əsgər və 11 mülki şəxs həlak olub.

Nəsrullah öz verilişində Kipri "Livanı hədəf almaq üçün İsrailin düşməni İsrailə Kipr hava limanları və bazalarını açmaqda" ittiham edərək, təhdid edib. Onun sözlərinə görə, bu addım "Kipr hökumətini müharibənin bir hissəsinə çevrildiyi və müqavimətin müharibənin bir hissəsi kimi buna qarşı olacağı anlamına gəlir¿.

Forum

XS
SM
MD
LG