Accessibility links

Nyu-York şəhər hökuməti baş örtüyü çıxarılmış müsəlman qadına təzminat ödəyəcək


ABŞ-ın Nyu-York şəhər hökuməti polis şöbəsində baş örtüyü çıxarılmış müsəlman qadına 85 min dollar ödəyəcək.

35 yaşlı Rəbab Musa deyir ki, 2016-cı il sentyabrın 6-da polislər onu saxlayaraq şöbəyə aparıblar. Orada onu baş örtüyünü çıxarmağa məcbur ediblər, sənədləşmə üçün şəklini çəkiblər. Sonra kişilərlə eyni kameraya salıblar. Daha sonra başqa polis idarəsinə aparıblar. Orda üstünü axtarıblar. Heç bir izahat vermədən ondan "törətdiyi əməli boynuna almağı" tələb ediblər. Heç bir ittiham irəli sürmədən onu 6 saatdan sonra azad ediblər.

Polisin Rəbab Musanı niyə saxladığı bəlli deyil. Amma yerli media onun səhvən tutulduğunu yazır.

Müsəlman qadın vəkil tutub məhkəməyə müraciət etmişdi. Manhetten Ali Məhkəməsi onun xeyrinə qərar çıxarıb.

Bundan qabaq Nyu-Yorkun Bruklin rayonunda da məhkəmə 3 müsəlman qadının xeyrinə qərar çıxarmışdı. Onlar polisdə baş örtüklərinin çıxarılıb şəkillərinin çəkilməsindən şikayət etmişdilər.

Nyu-York polisi şəhər hökumətinə tabedir.

XS
SM
MD
LG