Accessibility links

Şimali Karolinada 3 müsəlmanı qətlə yetirən şəxs həbs edilib


ABŞ-ın Şimali Karolina ştatının polisi üç nəfərin universitet yaxınlığındakı avtomobil dayancağında yaranmış mübahisədən sonra qətlə yetirildiyini bildirib.

46 yaşlı Stefen Hiks 23 yaşlı Deah Şaddi Bərəkət, onun 21 yaşlı xanımı Yusor Əbu-Şəlha və 19 yaşlı baldızıı Razan Əbu Şəlhanı güllələyərək öldürdüyünə görə birinci dərəcəli qətl maddəsi ilə ittiham edilib.

Bu 3 müsəlmanın cəsədi Çapel Hill universiteti yaxınlığında aşkar edilib.

Hiks sosial mediada din əleyhinə statuslar yazsa da, qətlin motivləri bəlli deyil.

Amerika-İslam Əlaqələri Şurasının direktoru Nihad Avad polisin qətlin mümkün dini motivlərlə əlaqəli olduğunu araşdırmasını istədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG