Accessibility links

High Line: köhnə dəmir yolu, təzə park


High Line: köhnə dəmir yolu, təzə park
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Nyu Yorkun məşhur High Line parkı, əslində istifadəsi dayandırılmış dəmir yoludur. 1933-ci ildən fəaliyyət göstərən dəmir yolundan ət, kömür kimi malları daşıyan yük qatarları keçirdi. 1990-cı illərdə bu qatarlara ehtiyac azaldığı üçün şəhərin 10 metr yüksəkliyindən keçən dəmir yoluna ehtiyac qalmadı.

High Line qallereyası
High Line qallereyası

Məişət tullantılarının, sənaye avadanlıqlarının təkrar emalına öyrəşən nyuyorklu təfəkkürü dəmir yolunu da sökmək yerinə, ona yeni ruh verib. 2014-cü ildə dəmir yolu şəhər parkına çevrilib.

Manhettenin Çelsi rayonundan başlayıb şəhərin mərkəzi, yəni Midtauna qədər gedib çıxan park şəhərin 22 küçəsindən keçir.

Parkdan açılan Nyu York mənzərələrindən biri
Parkdan açılan Nyu York mənzərələrindən biri

High Line Mərkəzi Park kimi şəhərdən təbiətə qaçış deyil, əksinə şəhərin ruhunu, Nyu Yorku daha yaxşı görə bilmək, yaşaya bilmək üçün şəhərə yuxarıdan baxışdır. Nyu Yorkun rəngarəng küçələrindən keçmək şansı qazanırsan. Cəmi 10 metr yuxarıdan həm aşağıdakı həyatı görürsən, həm yuxardakı binaları. Parkdan çox qallereyanı xatırladır High Line. Sağında və solunda yerləşən qeyri-adi binalar Modern incəsənət muzeyindəki eksponatlar və ya kosmik gəmilərə bənzəyir. Bu parka hər gəlişinizdə daha öncə görmədiyiniz bir binanı kəşf edə bilirsiniz.

Parkın özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, hər mövsüm yeni sənət əsərləri, instalasiyalar nümayiş olunur. Budəfəki nümayiş tanzaniyalı sənətçi Lubaniya Himidin qapıları olub. Hər qapıda bir qadın obrazı yaradılıb.

Tarixi dəmir yolu
Tarixi dəmir yolu

Belə sərgilər nəticəsində park təkcə turistlərin görmək istədiyi yer olmaqdan savayi, nyuyorkluların hər ay yenidən qayıtmaq istədiyi məkana çevrilir.

Şəhər infrastrukturuyla bağ-bağçanı birləşdirən High Line şəhər camaatının hökümətə müraciəti nəticəsində parka çevrilib. 1999-cu ildə Nyu Yorklular HigH Line-ın dostları adlı bir təşkilat yaradıb. Şəhərin içindən keçən dəmir yolunun sökülməməsi üçün müraciətlər etmişdir. Nəticədə bu gün High Line parkını Nyu Yorksuz, Nyu Yorku High Line parkı olmadan təsəvvür etmək olmaz.

XS
SM
MD
LG