Accessibility links

Hikmət Hacıyev: Azərbaycan birtərəfli qaydada erməni əsgərlərinin meyitlərini qaytarmağa hazırdır


Azərbaycan prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan birtərəfli qaydada erməni əsgərlərin meyitlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazır olduğunu bildirib.

O bu barədə özünün Twitter səhifəsində yazıb.

“Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərinin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinin xəttiilə Ermənistana verməyə hazırdır. 18 oktyabrda bunu bəyan etməyimizə baxmayaraq Ermənistan cavab vermir. Cəsədləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır. Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəsədləri götürmək istəmir, çünki mövcud siyasi-hərbi rəhbərlik xalqın reaksiyasından, qəzəbindən qorxur,” Hacıyev qeyd edib.

Oktyabrın 26-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda deyilir ki, oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycanın həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmasına, eləcə də Azərbaycanda saxlanılan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğu bildirib.

Məlumatda bildirilir ki, Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad edilməsinə hazır olduğunu diqqətə çatdırıb.

Dövlət Komissiyası qeyd edir ki, indiyədək Ermənistan əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib.

Rəsmi Yerevan hələ bu məlumata münasibət bildirməyib.

Bir neçə gün öncə Ermənistan Müdafiə Nqzirliyi əsir düşmüş bir Azərbaycan hərbiçisinə tibbi yardım göstərildiyini bəyan edib.

Azərbaycan tərəfi də bir neçə erməni əsirinin olduğunu bildirirb və onların bəzilərinin televiziya ilə müraciətlərini yayıb. Azərbaycan tərəfi həmçinin yaralı erməni hərbiçilərinə tibbi yardım göstərildiyi barədə məlumat yayıb.

Oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.

Rəsmi Ermənistan ümumilikdə 963 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG