Accessibility links

Hikmət Hacızadə: Mən inanıram ki, bizdə də elə seçki olacaq


Hikmət Hacızadə
Hikmət Hacızadə

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Amerikanın Səsinə müsahibəsində Ukraynadakı prezident seçkilərdən danışıb.

Amerikanın Səsi: Seçkilər nəticəsində heç bir siyasi təcrübəsi, komandası olmayan şoumen Ukrayna prezidenti olub. Belə olan təqdirdə Vladimir Zelenskinin idarəetməsi daxili və xarici münasibətlərə necə təsir edəcək?

Ukrayna artıq diktatura deyil. Orada ölkəni idarə edən tək bir adam deyil.​

Hikmət Hacızadə: Bu olduqca çətin bir sualdır. Onu heç kəs qabaqcadan deyə bilməz. Tarixdə elə şeylər olub. Guya təcrübəsiz, bioqrafiyasız adam gəlib hakimiyyətə, idarə edib və sairə. Kim isə uğursuz olub, kim isə uğurlu olub. Məsəl üçün Ronald Reyqan. Onu da deyirdilər ki, aktyordur. Amma gəldi, böyük bir prezident oldu. Odur ki, bəri başdan demək olmaz, heç nə. Bir də onu, mən izləyicilərin nəzərinə çatdırmaq istəyirəm ki, Ukrayna artıq diktatura deyil. Orada ölkəni idarə edən tək bir adam deyil. Məsəl üçün, Zelenski gəlsin başından, ürəyindən nə gəlirsə, əmr versin, camaat da tökülüşsün onu icra etməyə. O ölkənin parlamenti var, müstəqil məhkəməsi var. O ölkənin ictimaiyyəti var, xalqı var. Üsyan edə bilən, etiraz edə bilən xalqı var. Müstəqil mediası var. Nəhayət, güclü, pullu müxalifəti var. Ona görə də o qədər də narahat deyiləm. Bunların hamısını camaat bilməlidir ki, Ukrayna təkcə gözəl seçki deyil ki, biz baxırıq. Ukrayna, ümumən, artıq demokratik bir ölkədir. Harada ki, cürbəcür qüvvələr siyasət qurmağa hansısa qaydalarla razılaşıbdır. Ona görə, inşallah​ yaxşı olar.​

Amerikanın Səsi: Ukraynanın yeni prezidenti dövründə Rusiya və digər region dövlətləri, o cümlədən Azərbaycanla münasibətlərdə hansı yeniliklər ola bilər?

Hikmət Hacızadə: Mən bu, xarici siyasətdə o qədər də dəyişikliklər gözləmirəm. Zelenski özü də bu barədə bir şey deməyib. Onun ancaq bir sözü oldu ki, Rusiya ilə, mən çalışacam, dil tapım. Mən, o qədər də Rusiyaya qarşı radikal mövqedə deyiləm. Çalışacam dil tapım. O ki, qaldı Azərbaycana, Azərbaycan Ukrayna ilə həmişə mehriban idi, həmişə onun yaxşı əlaqələri var idi, alveri var idi. Bizim insanlar orada yaşayır, burada ukraynalılar yaşayır. Belə, böyük dəyişiklik gözləmirəm.

Amerikanın Səsi: Ukraynanın yeni prezidenti Vladimir Zelenski MDB dövlətlərinə Ukraynaya baxıb nümunə götürmələrini məsləhət bilib. Bu baxımdan Ukraynanın seçki ənənəsi ilə Azərbaycanın seçki ənənəsini müqayisəli necə təhlil edərdiniz?

Mən inanıram ki, bizdə də elə seçki olacaq.

Hikmət Hacızadə: Mən birinci, təşəkkür edirəm cənab Zelenskiyə ki, ö sözü gətirdi, hamımıza dedi, göstərdi ki, vuruşmaq lazımdır. Əlbəttə ki, biz də istəyərdik ki, belə, möhtəşəm, azad, ədalətli, şəffaf seçki keçirək, Ukrayna kimi. Bütün dünya o, seçkini fəxrlə izləyirdi. Bizdə hələ ki, elə ənənə yoxdur. Biz ömrümüzdə bir dəfə, 1992-ci ildə düzgün seçki gördük. Demokratik seçki idi, demokratik hökumət seçildi, Elçibəy seçildi (Əbülfəz Elçibəy). İnşaallah, Allahın əlindədir, bizim əlimizdədir. Mən inanıram ki, bizdə də elə seçki olacaq.

XS
SM
MD
LG