Accessibility links

Houp Hiks Ağ Evin ictimai əlaqələr şöbəsinin yeni direktorudur


ABŞ prezidenti Donald Tramp Houp Hiksi (Hope Hicks) Ağ Evin ictimai əlaqələr şöbəsinin yeni direktoru təyin edib. Bunu Ağ Ev rəsmiləri bildiriblər.

Houp Hiks iyul ayında iki həftə ictimai əlaqələr şöbəsinin yeni direktoru olduqdan sonra kənarlaşdırılan Antoni Skaramuççini bu vəfizədə əvəz edəcək.

Hiks Trampın kampaniyasının mətbuat katibi olub və bundan sonra prezidentin yardımçısı kimi çalışıb.

O əvvəl Donald Trampın ailəsinə məxsus qlobal Tramp Organization konqlomeratında işləyib. Trampın qızı İvanka Trampın moda şirkəti də bu konqlomerata daxildir.

28 yaşlı Hiks bu yaxınlarda Trampın yardımçıları və Rusiya arasında keçən il prezident seçkiləri zamanı mümkün əlaqələrə dair xüsusi prokuror Robert Müllerin apardığı təhqiqatla bağlı onun maraqlarını təmsil etmək üçün Ədliyyə nazirliyinin keçmiş hüquqşünası Robert Troutu özünə vəkil seçib.

Təhqiqatın bir hissəsi olaraq Müller Hiks və daha beş nəfərlə görüşməyi planlaşdırır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG