Accessibility links

"Tı kto takoy? Davay, do svidaniya" videoçarxının müəllifinin işgəncə iddiası təmin edilməyib


Nəsimi rayon məhkəməsi
Nəsimi rayon məhkəməsi

"Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədova qarşı işgəncə ilə bağlı məhkəmə qapalı keçirilib

Avqustun 29-da Nəsimi Rayon Məhkəməsində iyunun 21-də həbs olunmuş “Tolışi sədo” qəzetinin redaktoru, professor Hilal Məmmədova qarşı qeyri-insani davranışla (işgəncə) bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmənin açıq rejimdə keçiriləcəyi və arzu edənlərin prosesə buraxılacağı gözlənilsə də, hakim Emin Mehdiyev məhkəmənin qapalı keçirilməsi barədə qərar qəbul edib və iclası zirzəmi kimi yerdə keçirib.

Jurnalistlər və H.Məmmədovun hüquqlarını Müdafiə Komitəsinin üzvləri məhkəmənin qərarını küçədə gözləməli olub. Yarım saatdan sonra vəkil Yalçın İmanov bildirib ki, iclas başa çatıb və məhkəmə qərar qəbul etmək üçün məşvərətə gedib. Y.İmanov həmçinin bildirib ki, avqustun 27-də baş prokurorun müavini Usubov qeyri-insani davranış faktı üzrə cinayət işinin qaldırılması barədə vəsatətdən imtina edib. Şikayətin mahiyyətinə gəlincə, “bu, ondan ibarətdir ki, ilk iki gün H.Məmmədovu yeməkdən və sudan məhrum ediblər”, - vəkil vurğulayıb.

Adətən siyasi iclaslar üzrə operativ qərarlar qəbul edən Azərbaycan məhkəməsi bu dəfə nədənsə ləng tərpənib, yalnız 4 saatdan sonra elan edilib ki, şikayət təmin olunmayıb.

“Talişi sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin sədr müavini H.Məmmədov iyunun 21-də qanunsuz narkotik vasitə saxlamaq ittihamı ilə həbs edilib. İyulun 4-də isə ona qarşı 274-cü maddə ilə (dövlətə xəyanət) və 283.2.2. (milli, irqi, sosial və dini nifrət, düşmənçilik və etnik ayrı-seçkilik) yeni ittihamlar irəli sürülüb.

Yerli və beynəlxalq demokraitk ictimaiyyətin əqidəsinə görə, H.Məmmədov fəal vətəndaş mövqeyinə və hüquq müdafiə fəaliyyətinə görə siyasi əsaslı təqiblərə məruz qalır.

H.Məmmədov İnternetdə populyar olan "Tı kto takoy? Davay, do svidaniya" videoçarxının müəllifidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG