Accessibility links

Hillari Klinton Kofi Annanla Suriyaya dair müzakirələr aparır


Britaniyada qərərgahlanan Suriya İnsan Haqları Müşahidə qrupunun nümayəndəsi Rami Əbdülrəhim bu gün telefon vasitəsilə Amerikanın Səsinə bildirib ki, İdlib şəhərində polis məntəqəsinin önündə baş vermiş partlayış təhlükəsizlik qüvvələrinin iki üzvünün və üç mülkü vətəndaşın ölümünə səbəb olub.

ABŞ dövlət katibi Hilari Klinton bu gün BMT və Ərəb Liqasının Suriyaya dair vasitəçisi Kofi Annanla Suriya böhranını müzakirə edir.

Kofi Annan bölgədə vəziyyət dəyişmədiyi təqdirdə vətəndaş müharibəsinin başlanacağı il bağlı barədə bundan öncə xəbərdarlıq edib.

Vaşınqtonda keçirilən görüş BMT Həma vilayətində baş vermiş qırğını araşdırmaq istəyən silahsız müşahidəçilərinin əraziyə buraxılmadığından və hətta hücuma məruz qaldığından bir gün sonra keçirilir.

Fəallar qadın və uşaqlar da daxil olmaqla təxminən 78 nəfərin bu həftə Mazaraat əl-Qubeir kəndində öldürüldüyünü deyib.

XS
SM
MD
LG