Accessibility links

Klinton şəxsi emailindən istifadə etdiyinə görə üzr istəyib


ABŞ prezidentliyinə Demokrat partiyasından namizəd Hillari Klinton Dövlət katibi olduğu zaman şəxsi emailindən istifadə etməsini səhv adlandırıb.

Klinton ABC televiziya kanalına müsahibəsi zamanı üzr istəyib. Seçki qabağı ictimai rəy email qalmaqalının onun seçki kampaniyasına mənfi təsir göstərdiyini göstərir.

Bu həftə Associated Press xəbər agentliyinə müsahibəsi zamanı xanım Klinton şəxsi emailindən istifadə etdiyinə görə üzr istəməyə ehtiyac görmədiyini bildirmişdi.

Email qalmaqalı aylardır Klintonu narahat edir.

O keçən il 55 min səhifəlik email yazışmalarını rəsmilərə təhvil verib. Klinton 2009-2013-cü illər arasında Dövlət katibi vəzifəsində işləyib.

Sentyabr ayının 1-də Dövlət Departamenti tərəfindən açıqlanan son bəyanatda rəsmilər bildirib ki, təxminən 150 email məxfi olaraq qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG