Accessibility links

Hillari Klinton: Çin İrana qarşı mövqeyini dəyişir


ABŞ Dövlət Katibi Hillari Klinton deyir ki, Çin tədricən İrana qarşı nüvə ambisiyalarına görə daha sərt mövqe tutmağa yaxınlaşır.

ABŞ Dövlət Katibi Hillari Klinton deyir ki, Çin tədricən İrana qarşı nüvə ambisiyalarına görə daha sərt mövqe tutmağa yaxınlaşır. Klinton bu sözləri dünən Kanada telekanalına verdiyi müsahibədə dilə gətirib. Ottava şəhərində xanım Klinton 8 ən varlı dövlətin xarici işlər nazirlərinin sammitində iştirak edir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranla uzun müddətdir ki, nüvə proqramı üzrə danışıqlar aparırlar. Qərbli müttəfiqlər Tehrana qarşı əlavə sanskiyaların tətbiqini israr etsə də Çin indiyədək bunun əleyhinə çıxmış və dialoq tərəfdarı olduğunu bildirmişdir. Klintonun sözlərinə görə indi rəsmi Pekin Amerikanın baxışını paylaşır ki, “nüvə silahlı İran qəbuledilməzdir.”

XS
SM
MD
LG