Accessibility links

Hillari Klinton Misirdə İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla danışıqlara başlayıb

ABŞ dövlət katibi Hillari Klinton Misirdə İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla danışıqlara başlayıb. 3 gün sürəcək müzakirələr Misirin Qırmızı dəniz kurort şəhəri Şərm Əl-Şeyxdə keçirilir

ABŞ dövlət katibi Hillari Klinton Misirdə İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla danışıqlara başlayıb. 3 gün sürəcək müzakirələr Misirin Qırmızı dəniz kurort şəhəri Şərm Əl-Şeyxdə keçirilir. Danışıqlar İsrailin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasına qoyulan moratoriumun müddətinin bitməsi üzərində mərkəzləşib. Hillari Klinton bildirib ki, Obama administrasiyası İsrailin moratoriumun müddətini uzatmalı olduğuna inanır. ABŞ dövlət katibi İsrail və Fələstini sülhün bərqərar edilməsi üçün yollar axtarmağa çağırıb. Xanım Klinton deyib ki, bir sıra səbəblər razılıq əldə edilməsi vaxtının çatdığını göstərir. Bu gün ABŞ dövlət katibi Misir prezidenti Hüsnü Mübarəklə görüş keçirib. Cümə axşamı Hillari Klinton Əmmanda İordaniya kralı Abdulla ilə görüşməlidir. İordaniya və Misir İsraillə sülh razılığı əldə edən yeganə ərəb ölkələridir.

XS
SM
MD
LG