Accessibility links

Hillari Klinton Amerika tarixində prezidentliyə nominasiya alan ilk qadın oldu


Demokrat partıyasının qurultayının ikinci günü Hillari Klinton ABŞ prezidentliyinə ilk qadın namizəd kimi nominasiya alaraq tarixə düşdü. Amerika Birləşmiş Ştatlarının 200 ildən artıq tarixində ilk dəfə olaraq 2016-cı il prezident seçkilərində aparıcı partiyanın namizədi qadın oldu. Bu, həm ölkənin, həm partiyanın tarixində əlamətdar bir hadisədir. 100 il bundan əvvəl Amerikada qadınların səsvermə hüququnun olmadığı halda bu gün Filadelfiyada Birləşmiş Ştatlar prezidentliyinə ilk dəfə olaraq qadın namizədin nominasiya alması ölkə tarixində olduqca əlamətdar bir gün kimi dəyərləndirilir.

Demokrat qadınlar Hillari Klintona dəstək bildirir
Demokrat qadınlar Hillari Klintona dəstək bildirir

Qurultaya ABŞ-ın bütün ştatlarından gəlmiş nümayəndələrin adbaad səsvermə keçirməsindən sonra Hillari Klinton rəsmən ABŞ prezident seçkilərində demokrat partiyasının namizədi elan edildi.

Demokratların qurultayının ikinci günü əsas diqqət ABŞ-ın keçmiş birinci xanımı, senator və dövlət katibi olmuş Hillari Klintonun siyasi və ictimai fəaliyyətinə yönəlib. Bu gün çıxış edənlər arasında ABŞ Konqresinin Nümayəndələr Palatasının ilk qadın spikeri Nensi Pelosi, ABŞ -in ilk qadın dövlət katibi Madlen Olbrayt və digər tanınmış qadın siyasi xadimlər var idi.

Qadın demokrat nümayəndələr
Qadın demokrat nümayəndələr

Gecənin əsas məruzəçisi isə keçmiş prezident və Hillari Klintonun həyat yoldaşı Bill Klinton oldu. Bu, Bill Klintonun partiyanın siyasi qurultayında həyat yoldaşı qismində ilk çıxışıdır.

Lakin qurultayın proqramında bununla yanaşı axşam başqa mühüm çıxşlar oldu. Silahlı zorakılıqlar və polis zorakılığı nəticəsində həyatını itirmiş gənc amerikaliların anaları qurultayın keçirildiyi mərkəzin podiumuna qalxdı.

Silahlı zorakılıqlar Amerika ictimaiyyətində dərin fikir ayriliqlarına səbəb olan bir məsələdir və siyasi kampaniyanın gedişində müzakirələrin diqqət mərkəzində olub. Hillari Klinton kampaniyası dövrü problemlə bağlı narahatlığını ifadə edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG