Accessibility links

Hillari Klinton 2016-cı il seçkilərində demokratların favoritidir



Hillari Klinton ABŞ-da 2016-cı il prezident seçkilərində mümkün namizədlər arasında birinci yerdə göstərilir.

ABŞ-ın Konnektikut ştatındakı Quinnipeq universitetinin keçirdiyi sorğuya əsasən, keçmiş dövlət katibi demokratların 61 faizinin dəstəyinə malikdir. Sorğuda iştirak edənlərin 11 faizi ABŞ-ın vitse-prezidenti Co Baydenə, 7 faizi isə Massaçusets ştatından senator Elizabet Uorrenə üstünlük verib.

Respublikaçılar partiyasından mümkün namizədlərə gəldikdə, Kentakki ştatından senator Ron Pol 17 faizlə öndə gedir. Nyu Cersi ştatının qubernatoru Kris Kristi 13, Florida ştatından senator Marko Rubio isə respublikaçıların 12 faizinin dəstəyini qazanıb.

Quinnipeq universitetinin sorğu instutunun direktoru Piter Broun Hillari Klintonun hazırda Vaşinqtonda gedən siyasi çəkişmələrdən kənar olduğunu deyərək, onu “2016-cı il yüksəkliyinin kraliçası” adlandırıb.

Son zamanlar keçirilən sorğularda Hillari Klintonun böyük üstünlüyə malik olduğu göstərilir. Əvvəlki sorğularda onunla qubernator Kristi arasında daha az fərq qeyd edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG