Accessibility links

Hillari Klinton Benqazidə ABŞ konsulluğuna hücumla bağlı ifadə verir


ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton bu gün 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna edilən ölümçül hücumu təhqiq edən Nümayəndələr Palatasının xüsusi komitəsi qarşısında ifadə verəcək. Komitəyə əsasən respublikaçılar başçılıq edir.

Klinton sentyabrın 11-dən əvvəl və sonra konsulluğa edilən hücum barədə sualları bütün gün cavablandıracaq. Sabiq dövlət katibi ölkənin yüksək səviyyəli diplomatı olduğu dövrdə konsulluğa edilən hücum zamanı ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivins və digər üç amerikalı həlak olub.

2016-cı ildə prezidentliyə namizədliyini verən Klintonun ifadə verməyə vadar edilməsi respublikaçıların onun seçkilərdə nüfuzunu aşağı salmaq kimi qiymətləndirilir.

Demokratlar bu ayın əvvəli Nümayəndələr Palatasından Kevin Makkartinin Fox News kanalında çıxışını tənqid edib.

Makkarti deyib ki, Nümayəndələr Palatası Benqazi hadisəsi ilə bağlı xüsusi komissiya yaratdıqdan sonra Klintonun göstəriciləri aşağı düşüb.

XS
SM
MD
LG