Accessibility links

Hillari Klinton seçki kampaniyasına qayıdır


Cümə axşamı Hillari Klinton pnevmoniya ilə diqqət mərkəzinə gəldikdən bir neçə gün sonra seçki kampaniyasını davam etdirəcək.

Sabiq dövlət katibi sağalmağa çalışdığı bir vaxt ölkənin birnömrəli demokratı, ABŞ prezidenti Barak Obamanın dəstəyini qazanıb.

Prezident Klintonun respublikaçı rəqibi Donald Trampı ölkənin ali baş komandanlığına yararsız olduğunu deyib.

Daha sonra Tramp Filadelfiyada seçki mitinqi keçirib və orada uşaqlara baxılmağı amerikalı ailələr və işləyən qadınlar üçün daha əlverişli etmək planını açıqlayıb.

Tramp işçiləri altı həftəlik ödənişli analıq məzuniyyəti ilə təmin edəcəyinə söz verib.

Noyabrın 8-də keçiriləcək seçkilərə səkkiz həftə qala, ən son rəy sorğuları Klinton və Tramp arasında rəqabətin qızışdığını, Klintonun isə bütün ölkə boyu Trampdan 3-4 faiz öndə getdiyini göstərir.

XS
SM
MD
LG