Accessibility links

Hillari Klintonun tarixi nominasiya çıxışı: Birlikdə biz daha güclüyük


Amerika tarixində ABŞ presidentliyinə ilk qadın namizəd kimi adını yazan Hillari Klinton Demokrat partiyasının qurultayının sonuncu günü partiyadan nominasiyanı Amerika nikbinliyinə əminliklər qəbul etdi.

Alqışlar altında podiuma çıxan Hillari Klinton böyük həyəcanla bu sözləri dedi:

`Millət ataları bizim birlikdə daha güclü olduğumuz kimi bir həqiqəti qəbul etmişdilər`

`Bu gün biz daha mükəmməl ittifaqa doğru gedən ölkədə mühüm bir mərhələyə qədəm qoymuşuq. İlk dəfə olaraq qadın prezidentliyə nominasiya olunub. Burada anamın qızı və qızımın anası kimi dayanaraq, bu günün gəlişinə görə çox xoşbəxtəm.

O, Filadelfiya şəhərinin Amerika tarixində oynadığı rolu qeyd edərək, kampaniyasının əsas mövzusunu bir daha dilə gətirdi.

`Millət ataları bizim birlikdə daha güclü olduğumuz kimi bir həqiqəti qəbul etmişdilər` Klinton bildirdi.

`Biz Azadlıq və bərabərlik, ədalət və imkanlar kimi dayanıqlı dəyərlərə malikik`

Nominasiya çıxışında Klinton Amerikanın gələcəyi ilə bağlı görüşləri ilə paylaşdı və ölkəni qətiyyətlə və nikbinliklə gələcəyə aparmaq üçün görəcəyi işlərdən danışdı. O, orta sinif və fəhlə sinfinin iqtisadi durumunun yaxşılaşdırılması, minimum əmək haqqının yüksəldilməsi, yeni iş yerlərinin açılması, amerikalıların səhiyyə xidmətləri ilə təmin olunması, kimi qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birlikdə işləməyin vacibliyini vurğuladı.

Hillari Klinton ölkə daxilində və xaricdə risklər və sınaqların olduğunu dedi, lakin bu sınaqların öhdəsindən gəlmək üçün ölkənin böyük gücə malik olduğunu dedi.

`Biz Azadlıq və bərabərlik, ədalət və imkanlar kimi dayanıqlı dəyərlərə malikik`-deyə Klinton bildirdi.

O, çıxışında Respublikaçılar partiyasının namizədi Donald Trampı tənqid edərək, onun ölkəni bölmək üçün qorxu yaratdığını və prezident olmaq üçün lazımi keyfiyyətlərə malik olmadığını söylədi.

Xarici siyasət kursundan danışan Hillari Klinton İŞİD-ə qarşı mübarizənin davam etdiriləcəyini və ABŞ-ın NATO müttəfiqlərini Rusiyanın təcavüzündən müdafiə edəcəyini bildirdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG