Accessibility links

Honq Konqda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib


Honq Konq polisi cümə axşamı Mon-Kokun Kovloon məhəlləsində Hallovin paltarları geymiş, maskalı nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İki ay əvvəl başlayan iğtişaşlara qarşı polisin zorakılığına qəzəblənən, çoxu qara geyimli və üzlərində nümayişlər zamanı taxılmasına qadağa qoyulmuş maskalar olan etirazçılar yolda diz çökərək, çətirlərin arxasına saxlanıb. Digərləri isə polisin üzünə lazer işıqlar yönəldib, zibil qablarından və digər əşyalardan istifadə edərək, yollarda barrikadalar qurmağa çalışıb.

Etirazçılar təxminən 27 il əvvəl Yeni İldə ölümcül basırığın baş verdiyi Kazbey boğazında, Victoria Parkdakı alış-veriş dairəsinin dar küçələrində toplaşıb.

Polis bayram şənliyinin rahat keçməsi üçün yürüşə qadağa qoyaraq, ən qısa Lan Kvai Fonq küçəsi də daxil olmaqla, yolların cümə günü səhərə qədər bağlanacağı barədə xəbərdarlıq etmişdi. Lakin bu planın necə işləyəcəyi aydın deyildi.

Honq Konq qanunvericiləri hökumətə qarşı 4 aydan çoxdur etirazlara səbəb olan ekstradisiya qanununu keçən həftə tamamilə ləğv edib. Lakin nümayişçilər və bəzi qanunvericilər qərarı kiçik addım adlandıraraq, Honq Konq hökumətindən tələb etdikləri 5 şərtdən yayınmayacaqlarını bildirib.

XS
SM
MD
LG