Accessibility links

Hind quşlarının əfv ənənəsi


Hind quşlarının əfv ənənəsi
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Hind quşlarının əfv ənənəsi

Amerikanın ən qeyri-adi ənənəsi olan Şükran günü hind quşları ABŞ prezidenti tərəfindən bağışlanaraq bir ailə yeməyinə çevrilməkdən xilas olur.

Amerikada Şükran Günü şam yeməyi hind quşu ətrafında olur.

Bu, Şimali Amerikada ilk kolonistlər tərəfindən yeyilən yemək olub.

ABŞ-da prezident tərəfindən hind quşunun əfvi ənənəsi on illərdir davam edir.

İlk əfv prezident Abraham Linkoln tərəfindən oğlu Tadın ondan hind quşunu yeməməsi istəyi ilə baş tutub.

Ancaq daha müasir dövrlərə qədər bu, bir ənənə halını almamışdı. Prezidentlər Con F. Kennedi, Ronald Reyqan və Riçard Nikson yalnız zaman-zaman quşları əfv edib.

Əfv 1989-cu ildə prezident Corc Buşun rəhbərliyi dövründə illik bir tədbirə çevrilib.

“Axı bu quş Şükran gününü qeyd etməyimizə əvəzsiz töhfə verən 45 milyon hind quşunu təmsil edir. Beləliklə, rahat ol, hind quşu, sənə xidmət etmək üçün buradayıq.”

Quş seçimi Milli Hind Quşu Federasiyası tərəfindən bir neçə ay çəkir.

Nəticədə iki quş seçilir, biri Ağ Evdəki Qızılgül bağçasındakı mərasim üçün, digəri isə ehtiyat olaraq seçilir.

Quşlara adları ibtidai sinif şagirdləri verir.

Prezidentlərin əksəriyyət bu ənənədən əylənməyə bir fürsət kimi istifadə edir.

"Zaman hind quşu uçmasa da, uçur", sabiq prezident Barak Obama deyib.

Şükranlıq günündən əvvəl çərşənbə axşamı quşlar Vaşinqtonun W otelinə aparılır.

Orada onlar qarğıdalı ilə yemləndirilir və daha sonra damda fotosessiyaya hazırlanır. Bundan sonra Ağ Evə yola düşür.

“Batter, sənə böyük uğurlar arzulayıram. Sənə tam bir əfv diləyirəm” , ABŞ prezidenti Donald Tramp bildirib.

Mərasimdən sonra bağışlanan quşlar ömürlərinin qalan hissəsini Vircinia Politexnik İnstitutunda keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın devrilmiş Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG