Accessibility links

Britaniya vətəndaşı Hindistan təyyarəsində Bakıda ölüb


Təyyarə
Təyyarə

"Air India" şirkətinə məxsus London-Mumbay reysi ilə uçan təyyarə Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təcili eniş həyata keçirməli olub.

Report agentliyinin məlumatına görə, buna səbəb təyyarənin göyərtəsində bir sərnişinin halının qəfil pisləşməsi olub.

"Air India" şirkətinə məxsus "Boeing Dreamliner" (B787-800) təyyarəsi Londondan yanvarın 24-də axşam yerli vaxtla 19:00-da havaya qalxıb. Qrafik üzrə hava gəmisi səhər saat 04:00-da Mumbayda yerə enməli idi.

Virtualaz.org saytı isə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən bildirir ki, Böyük Britaniya vətəndaşı olan 72 yaşlı sərnişin hələ təyyarə eniş etməmiş keçinib.

Meyitin təhvil verilməsi məsələsi yaxın saatlarda həll ediləcək.

Mətbuat Xidmətinin məlumatına görə, təyyarə Mumbaya yanvarın 25-də Baskı vaxtı ilə saat 07:00-da yola salınıb.

XS
SM
MD
LG