Accessibility links

Hindistanın Ali Məhkəməsi orduda qadınlara kişilərlə bərabər imkanlar tanıdılması barədə qərar çıxarıb


Hindistanın ali məhkəməsi bazar ertəsi qadın hərbçilərin komandir olaraq xidmət göstərə bilmələri barədə qərar çıxarıb. Bu, daha əvvəl hökümətin kişi hərbçilərin qadın zabitlərdən əmr almağa hazır olmamaları və bunun "narahatedici" olması barədə mövqeyindən çəkilməsi deməkdir.

Ali məhkəmə həmçinin hökümətə yalnız kişi zabitlərə şamil edilən daimi xidməti uzatmaq barədə qanunun qadınlara da şamil edilməsini tələb edib.

Bununla qadınlar kişi həmkarları ilə bərabər imkanlar və üstünlüklər əldə edəcəklər. O cümlədən qadınlara rütbələr, yüksəlişlər və pensiyalar, həmçinin daha uzun müddətə xidmət etməyə icazə veriləcək.

Hal-hazırda qadınlar qısa xidmət komissiyası vasitəsilə orduya cəlb edilir və orduda 14 ilə qədər ximdət göstərə bilirlər. Komissiya qadınların yalnız ordunun qanun və təhsil qanadlarında xidmət göstərməsinə icazə verirdi.

"Cinsiyyətə görə qabiliyyətlərin qiymətləndirilməsi təkcə qadınların ləyaqətlərinə deyil, Hindistan Ordusu üzvlərinin ləyaqətinə də bir təhqirdir" - deyə, hakimlər öz qərarlarında bildirib.

Ötən həftə hökumət, qadınların polkovnik və briqada komandiri kimi yüksək vəzifələrə təyin olunmasına qarşı çıxaraq bildirmişdi ki, əsgərlərin bir çoxu yoxsul kəndlərdən gəldiyi üçün "zehni olaraq qadın zabitlərdən əmr alacaq qədər savadlı deyil".

Hökumət həmçinin qadın və kişi zabitlərin fiziki cəhətdən fərqli olduqlarını və onlarla bərabər rəftar edilməməli fikrini də müdafiə etmişdi.

Ali məhkəmə hökümətin fikirlərini "narahatedici" kimi xarakterizə edərək, bu baxışları qınayıb və "orduda həqiqi bərabərliyi təmin etmək üçün "zehnlərdə dəyişiklik edilməsinə ehtiyac olduğunu" bildirib.

Lakin bununla belə, məhkəmə qadınların döyüş bölgələrində komandanlıq etməsi barədə qərara çıxarmayaraq, bu qərarın səlahiyyətli orqan tərəfindən verilməsinin lazım olduğunu bildirib.

Dünyanın ən böyük ordularından birinə sahib olan Hindistan qadınların fiziki və psixoloji baxımından cəbhə bölgələrində döyüş tapşırıqlanının yerinə yetirilməsi üçün hazır olmaması barədə fikri müdafiə edir.

Əksər ölkələrdə qadınlar silahlı qüvvələrdə müxtəlif vəzifələrdə çalışır. Lakin Avstraliya, Almaniya, İsrail və ABŞ daxil olmaqla, yalnız bir neçə ölkədə qadınların döyüş tapşırıqlarını yerinə yetirməsinə imkan verilir.

Hindistan 1992-ci ildən qadınların silahlı qüvvələrdə qeyri-tibbi vəzifələr tutmasına imkan yaradıb. Lakin buna baxmayaraq, 1 milyondan çox şəxsi heyətə malik olan ordunun cəmi dörd faizi qadınlardan ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG