Accessibility links

Hindistanın baş naziri birgünlük səfərlə Kəşmirdə olub


Hindistanın baş naziri inkişaf proqramının müşahidəsi məqsədi ilə birgünlük səfərlə Kəşmirdə olub. Separatçılar Himalay regionunda bütün fəaliyyətlərin dayandırılmasına çağırıb.

Bizneslər və mağazalar bağlanıb. Regiona minlərlə silahlı qüvvələrin əsgəri və komandoslar yerləşdirilib.

Narendra Modinin səfəri zamanı təxribata yol verilməməsi məqsədi ilə barrikadalar qurulub, tikanlı məftillər çəkilib.

Regionun əsas şəhəri Srinaqarda çox az nəqliyyat hərəkəti müşahidə edilib.

Müxalifət liderləri ev dustaqlığına alınıb, onlarla fəaliyyət təxirə salınıb. Mobil telefonlar və internet kəsilib.

Bu gün Modinin hinduların çoxluq təşkil etdiyi Cammu ərazisində keçirilən yürüşə qatılacağı gözlənilir.

Modi ucqar Ladax regionunda universitetin açılışında iştirak edib.

Birgə Müqavimət hərəkatının 3 lideri Modinin səfərinə etiraz olaraq regionda tətilə çağırıb.

1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır.

1956-cı ildə Kəşmir “Hindistan İttifaqının tərkib hissəsi” elan edilib. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmayıb.

Regionda baş verən qarşıdurmalar nəticəsində 70 minə yaxın insan öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG