Accessibility links

Hindistanın Bihar vilayəti COVID-19-la əlaqəli ölüm hallarının sayını kəskin şəkildə artırıb


Hindistanın Bihar vilayətinin COVID-19-dan əvvələr qeydə alınmamış minlərlə ölüm hallarının sayını açıqlaması ölkədə ölüm hallarının rəsmi statisktikadan çox daha yüksək olduğuna dair şübhələrə səbəb olub.

Aprel və may aylarında ölkədə virusun ikinci dalğası yaşanarkən xəstəxanalar çarpayı və və oksigen qıtlığı ilə üz-üzə qaldığı üçün xəstə insanların xəstəxanaların önündəki dayanacaqlarda və evlərində öldüyü bildirilir.

Həkim və ekspertlər bildirir ki, bu ölüm hallarının bir çoxu rəsmi olaraq COVID-19-la əlaqəli ölüm halları kimi qeydə alınmayıb.

Səhiyyə nazirliyinin məlumatlarına görə, Hindistan 29.2 milyon yoluxma və 359.676 ölüm sayı ilə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Lakin Bihar vilayətində əvvələr qeydə alınmamış bir neçə min ölüm halının aşkarlanmasından sonra rəsmi məlumatlara çox sayda qurbanların adlarının daxil edilmədiyinə dair şübhələr oyadıb.

Hindistanın ən kasıb vilayətlərindən biri olan Bihardakı səhiyyə şöbəsi çərşənbə günü COVID-19 ilə əlaqəli ölüm hallarının 5 424-dən 9 429-a qaldırıb.

Yeni qeydə alınan ölüm hallarının keçən ay baş verdiyini və əyalət rəsmilərinin bu hadisəni araşdırdıqlarını deyən vilayətin səhiyyə işçisi bu səhvi özəl xəstəxanaların üstünə atıb.

"Bu ölümlər 15 gün əvvəl baş verib və yalnız indi hökumət portalına yüklənib. Bəzi özəl xəstəxanalara qarşı tədbir görüləcək" deyə KİV-lə danışmaq səlahiyyəti olmadığını üçün adının açıqlanmasını istəməyən məmur bildirib.

Lakin səhiyyə mütəxəssisləri hindistanlıların üçdə ikisinin yaşadığı kənd yerlərində test müəssisələrinin nadir və xəstəxanaların sayının az olduğu üçün koronavirusa yoluxma və ölüm hallarının ölkə daxilində əhəmiyyətli dərəcədə az qeydə alındıqlarına inandıqlarını bildirir.

Bir çox insan xəstələndikdən sonra evində həyatını itirib.

XS
SM
MD
LG