Accessibility links

Hindistanın yeni baş naziri pakistanlı həmkarı ilə görüşüb


Uzun müddət bir-biri ilə düşmən olan Hindistan və Pakistan arasında əlaqələrin gücləndirilməsinə dair danışıqlar aparmaq üçün Hindistan baş naziri Narendra Modi pakistanlı həmkarı Nəvaz Şəriflə görüşüb.

Dehlidə danışıqlara başlamamışdan əvvəl iki lider kameralar qarşısında gülümsəyərək əl sıxıblar. Danışıqlar cənab Modinin baş nazir kimi ilk iş günündə baş tutub.

Cənab Modi dünən axşam baş tutan öz inaqurasiya mərasiminə gözlənilmədən cənab Şərifi də dəvət etmişdi. İlk dəfə idi ki, Pakistan rəsmisi belə bir mərasimdə iştirak edir.

Şri-Lanka, Əfqanıstan, Maldiv, Butan, Nepal və Mavritaniya liderləri də cənab Modi ilə görüşüb.

bu görüşlər Hindistanın yeni liderinin qonşuları ilə əlaqələri güclərdirmə cəhdi kimi qiymətləndirilir.
XS
SM
MD
LG