Accessibility links

Hindistanın sabiq baş naziri dünyasını dəyişib


Hindistanın baş naziri Narendra Modi keçmiş baş nazir Atal Bihari Vajpayinin avqustun 16-da 93 yaşında dünyasını dəyişdiyini bildirib.

1996-2004-cü illərdə üç dəfə baş nazir olan Vajpayi illərdir xəstəlikdən əziyyət çəkirdi. Son günlər onun durumu sürətlə pisləşmişdi.

Keçmiş baş nazir doqquz həftə idi xəstəxanada müalicə olurdu.

1998-cı ilin sonunda Vajpayi Pakistanla tammiqyaslı diplomatik sülh prosesinə başlayıb, İslamabadla Lahor Bəyannaməsi imzalanıb.

Bu saziş iki nüvə qüdrətli qonşu arasındakı gərginliyi azaldıb, mübahisəli Kəşmir vilayəti üzrə münaqişənin daimi həllini hədəfləyən yen sülh prosesinə start verib.

Bu razılaşma ticarət münasibətlərini də genişləndirib.

XS
SM
MD
LG