Accessibility links

Əfqanıstandakı Hindistan konsulluğunda silahlı qarşıdurma bitdi


Rəsmilər bildirir ki, Əfqanıstanın Məzari-Şərif şəhərində Hindistan konsulluğu yaxınlığında silahlı şəxslərlə əfqan təhülkəsizlik qüvvələri arasında atışma başa çatıb.

Təhlükəsizlik qüvvələri bazar günündən bəri konsulluqda istehkamlanmış dörd hücümçünun dördünü də öldürüblər.

Vilayət qubernatorunun sözçüsü Munir Əhməd Fərhad Amerikanın Səsinə döyüş zamanı azı bir əsgərin həlak olduğunu və digər doqquzunun yaralandığını bildirib.

Bazar günü kimliyi müəyyən edilməyən yaraqlılar konsulluğa daxil olmağa cəhd göstəriblər. Ərazidə raket səsləri eşidilib.

Hücum Hindistan baş naziri Narendra Modinin ötən ay Əfqanıstanın Kabil və Pakistanın İslamabad şəhərlərinə səfər etməsindən sonraya təsadüf edir.

Yerli hökumət sözçüsü bildirib ki, silahlı şəxslər qarşıdakı binadan konsulluğa raketlər atmağa başladıqdan sonra təhlükəsizlik qüvvələri ilə militantlar arasında atışma başlayıb. Toqquşma zamanı azı bir mülkü vətəndaş yaralanıb.

Hücuma görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb.

Konsulluğa edilən hücum son zamanlar Əfqanıstanda Hindistan obyektlərini hədəf alan hücumlardan sonuncusudur.

2013-cü ildə intiharçı avtomobilinə yerləşdirilmiş partlayıcı qurğunu Əfqanıstanın Cəlalabad şəhərində işə salaraq yeddi uşaq da daxil olmaqla doqquz mülki vətəndaş öldürüb.

Bu dəfəki hücum Hindistan baş naziri Narendra Modinin ötən ay
Əfqanıstanın Kabil və Pakistanın İslamabad şəhərlərinə səfər etməsindən sonraya təsadüf edir. Bu, Hindistan baş nazirinin 10 ildə ilk belə səfəridir.

XS
SM
MD
LG