Accessibility links

Hindistan Aya kosmik raket göndərib


Hindistan iyulun 22-də fəzaya raket göndərib. Ayın səthinə enməli olan raket fəza qüdrətləri arasında özünü sübut etmək üçün atılan ambisiyalı addımlardan biridir.

Uğurlu olduğu təqdirdə 10 milyard rupi (146 milyon dollar) dəyərində olan bu missiya Hindistana Ayın cənub qütbündə suyun olub-olmadığını araşdırmaq imkanı verəcək. Yalnız ABŞ, Rusiya və Çin Ayda olub.

Pilotsuz Çandrayaan-2 fəza gəmisini aparan raketin Hindistanın cənub-şərqindəki Fəza Mərkəzindən buraxılması televiziyalarda canlı yayımlanıb. Raketin buraxılması texniki səbəblərə görə bir həftə gecikib.

Hindistanın baş naziri Narendra Modi özünün Tvitter səhifəsində raketin buraxılmasını və buraxılışın uğurlu olduğu ilə bağlı təbrikini yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG