Accessibility links

Hindistanda dini mərasimdə basırıq zamanı onlarla zəvvar həyatını itirib


Hindistan rəsmilərinin bildirdiyinə görə, Hindu dini festivalına tamaşa etmək üçün çay kənarına toplaşan zəvvarlardan azı 27 nəfər basırıq nəticəsində ölüb.

Hadisənin bu gün ölkənin cənubundakı Andra-Pradeş ştatında baş verdiyi deyilir. On minlərlə insanın çimmək üçün Qadavari çayına doğru qaçdığı, onlarla insanın isə yaralandığı bildirilir.

Ölkənin baş naziri Narendra Modi hadisə ilə bağlı verdiyi bəyanatda dərin kədər hissi keçirdiyini bildirib. Rəsmilər deyib ki, hökumət qurbanların ailələrinə 15 min 570 dollar məbləğində kompensasiya təklif edəcək.

Hindistanda bu gündən başlayan Maha Puşkararlu mərasimi zamanı 12 gün ərzində on milyonlarla zəvvarın Qodavari çayının sularında çimib dua edəcəyi gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG