Accessibility links

Bolluvudun super ulduzu Raciş Khanna vəfat edib


Hindistanda Bollivudda super ulduz statusunu qazanan ilk aktyor olmuş Raciş Khanna 69 yaşında vəfat edib.

Aktyorluq karyerasına 1960-cı illərdə başlamış Khanna 150-dən çox filmdə çəkilmişdir. Onun çəkildiyi ən məşhur filmlər arasında Aradhana və Amar Prem xüsusi qeyd edilir.

Hindistanın Baş naziri Manmohan Sinq və Bollivud aktyorları Khannanın xatirəsini anıb. Tanınmış aktyor 1990-cı illərd Hindistanın Konqres partiyasından parlamentə seçilmişdir.

Raciş Khanna Hindistanın şimalında yerləşən Amritsar şəhərində anadan olmuşdur. O, Bollivud aktrisası Dimple Kapadia ilə ailə qurmuşdur. Onların bu evlilikdən iki qızı var. 1980-ci ildə boşanmalarına baxmayaraq, Kapadiya Khannanın xəstəliyinin son mərhələsində ona qulluq etmişdir.
XS
SM
MD
LG