Accessibility links

Hindistanın tanınmış siyasətçisi Cayaram Cayalalithaa dünyasını dəyişib


Hindistanın cənubunda yüz minlərlə insan infarkt nəticəsində vəfat etmiş 68 yaşlı tanınmış siyasətçi Cayaram Cayalalithaanın dəfn mərasimində iştirak edib.

Cayalalithaa Tamil dilində çəkilmiş 150 filmdə iştirak edən tanınmış aktrisadır. Lakin 1980-ci ildən bəri o, Tamil Nadu ştatında ən yüksək vəzifəyə seçilmiş siyasətçi qismində bir neçə dönəm xidmət göstərib.

Baş nazir Narendra Modi Cayalalithaanı son mənzilə yola salmaq üçün dəfn mərasimində iştirak edib. O deyib ki, Cayalalithaa həmişə sadə insanlarla ünsiyyətdə olub və o daim yaddaşlarda yoxsulların, qadınların və təcrid olunmuş insanların himayədarı kimi qalacaq.

Narendra Modi Çennai şəhərində Cayalalithaanın Hindistan bayrağına bürünmüş cəsədinin yerləşdirildiyi binada toplaşan ziyarətçilərə qoşulub.

Tamil Nadu hökuməti "Amma" və ya "Ana" ləqəbi ilə tanınan qadının vəfatı ilə əlaqədar yeddi günlük matəm elan edib.

XS
SM
MD
LG