Accessibility links

Hindistanda son bir sutkada COVID-ə 259591 yeni yoluxma, 4000-dən çox ölüm halı qeydə alınıb


Hindistanın Səhiyyə Nazirliyi son 24 saat ərzində COVID-19-a 259 591 yeni yoluxma, 4000-dən çox ölüm haının qeydə alındığını bildirib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, dünya boyu koronavirusa 165,5 milyon insan yoluxub ki, onlardan 26 milyonu Hindistanda qeydə alınıb. ABŞ isə 33 milyon yoluxma ilə birinci yerdə gəlir.

Argentina şənbə günündən başlayaraq mayın 31-nə qədər ölkədə ciddi məhdudiyyətlər tətbiq etdəcək.

“Yoluxma və ölüm hallarının sayının artdığını görürük. Bu kritik vəziyyətə ciddi yanaşmalıyıq və bu faciəni dərinləşdirməməliyik” - deyə, Prezident Alberto Fernández cümə axşamı televiziya ilə etdiyi çıxışında bildirib.

Cons Hopkins Argentinada COVID-ə artıq 3,4 milyon yoluxma halının qeydə alındığı barədə məlumat verib.

Antoni Fauçi
Antoni Fauçi

ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi Washington Post qəzetinə verdiyi açıqlamasında deyib ki, o, ABŞ-ın COVID-ə yoluxma hallarında artımın qarşısını alacağını düşünür. Doktor Anthoni Fauçi Prezident Co Baydenin iyulun 4-nə qədər yetkin yaşdakı insanların azı 70% -nin heç olmasa peyvəndin bir dozasını almaları ilə bağlı məqsədinə çatdığı və “insanların peyvəndə davam etdiyi” təqdirdə yoluxma riskinin azalacağını deyib.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, doktor Tedros Adhanom Gebreyesus bu həftənin əvvəlində Millətlər Birliyinin səhiyyə nazirlərinin iclasında "Peyvəndin əldə edilməsindəki bərabərsizlik pandemiyaya son qoyulması üçün ən böyük risklərdən biri olaraq qalır" deyib.

"Yoxsul və aşağı gəlirli ölkələr dünya əhalisinin demək olar ki, yarısını təşkil edir, lakin onlar dünya peyvəndlərinin yalnız 17 faizini alıb. İndi də bəzi yüksək gəlirli ölkələr uşaqlar və yeniyetmələri peyvənd etməyə başlayıb, halbuki dünya boyu səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qrupları hələ də peyvənd olunmamış olaraq qalıb" - deyə, ÜST-ün rəhbəri bildirib.

Tedros Ümumdünya Səhiyyə Təşkilatının bu bərabərsizliyi aradan qaldırmaq üçün çox çalışdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG