Accessibility links

Hindistanda COVİD-19-a yoluxma halları bir milyona yaxınlaşır


Hindistanda COVİD-19-a yoluxma halları bir milyona yaxınlaşır
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Hindistanda COVİD-19-a yoluxma halları bir milyona yaxınlaşır

Hindistan COVİD-19-a yoluxma hallarının bir milyona yaxınlaşması ilə 20 milyon əhalisi olan Dehlidə yeni səhiyyə infrastrukrunun yaradılması ilə virusla mübarizə edir. Ekspertlər bu ölkənin qlobal qaynar nöqtəyə çevrilməsi ilə səhiyyə sisteminin hətta böyük şəhərlərdə belə qeydi-adekvat olduğunu deyir.

Suhasini Sud virusa yoluxmuş valideynlərinin vəziyyətinin ağırlaşa biləcəyindən ehtiyat edərək xəstəxanalara çoxsaylı zənglər edib.

“Eşidəndə ki, insanlar xəstəxanalara gedir və onlar geri qaytarılır, insanlara yer olmadığı deyilir, bu məndə bir qorxu yaratdı. Ona görə bir neçə xəstəxanaya zəng etdik, onların xəstələri qəbul edib-etmədiyini soruşduq. Onların bəziləri qəti şəkildə bizi rədd etdi.”

Xəstəxanalarda yataq çatışmazlığı Dehli kimi şəhərlərdə müvəqqəti səhiyyə mərkəzlərinin açılmasına səbəb olub. Bunlardan biri dini mərkəzdə açılan 10 min nəfərlik yerdir. Bu, dünyanın ən böyük bu kimi mərkəzlərindən biridir.

Dehlinin qatar vaqonları, mehmanxanalar və hətta nikah mərkəzlərinə müraciət etməsi qaçılmaz hal idi. Hindistanın səhiyyə məsrəfləri olduqca aşağıdır.

“1000 nəfərə təqribən 2.5 yataq düşməsi ümüumilikdə normal hal hesab edilir. Hazırda isə 1000 nəfərə 7 yataq ayrılır” - deyə, İctimai Səhiyyə Fondunun prezidenti Srinat Reddi bildirib.

Virusun əhalinin sıx yaşadığı şəhərlərdə geniş yayılması səbəbi ilə səhiyyə müəssisələrinin mübarizəsi Bengaluru informasiya texnologiyaları mərkəzi kimi bəzi yerlərdə yeni tıxanmalara səbəb olub.

Ancaq Dehlidə ümid şüası görünür.

“Yeni yoluxma ilə insanların sayı artmaqdadır, eyni zamanda kritik qayğıya ehtiyacı olan insanların sayı artdıqca intensiv terapiya, havalandırma imkanları azalır və bu gün belə xəstələr üçün COVİD xəstəxanalarının əksəriyyətində boş çarpayılar var”, Döş Qəfəsi Mərkəzindən doktor Arvind Kumar deyib.

Bu, pandemiyadan 3 ay əvvəl həkimlərin virusla mübarizə səylərinin nəticəsidir. Məsələn Sudun valideynləri evdə sağalanlar arasındadır.

“Daha sonra belə bir qənaətə gəlindi ki, insanların yalnız 15%-i xəstəxanaya və yalnız 5% -iintensiv terapiyaya ehtiyac duya bilər.”

Lakin pandemiya Hindistanın bahalı özəl xəstəxanaları və Sud kimi orta sinfin istifadə etdiyi dövlət xəstəxanaları arasında fərqi üzə çıxardı. Onlar dövlət təsisatlarında müalicəni istisna etdilər.

“Bu, heç vaxt seçim olmayıb. Düşünürəm ki, dövlət xəstəxanaları qiqiyena standartlarına əhəmiyyət vermir. Hər bir xəstə özünü narahat hiss edəcək və digər xəstəliklərə yoluxacaq. Buna görə biz bunu nəzərdə tutmuruq” , Sud deyib.

Hindistanın dövlət xəstənalarının təmiri üçün nə qədər vəsaitə ehtiyac duyulduğu hələ bilinmir. Hazırkı halda virusun ən ağır təsirinə məruz qalan və xəstələrin sayı bir milyona çatmaq üzrə olan bu üçüncü dünya ölkəsini uzunmüddətli və ağır mübarizə gözləyir.

XS
SM
MD
LG