Accessibility links

Hindistan dünyanın ən böyük immunizasiya proqramının başlada bilər


Hindistan dünyanın ən böyük immunizasiya proqramını başlada bilər
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Hindistan COVID-19 üçün iki peyvəndin təcili istifadəsini təsdiqləyib ki, bu da dünyanın ən böyük immunizasiya proqramı ola bilər. Baş verənlər son həftələrdə gündəlik yeni infeksiya sayının azaldığı bir ölkədə pandemiyanın nəzarət altına alınma ümidlərini artırır.

Hindistanın Serum İnstitutu tərəfindən istehsal olunan AstraZeneca peyvəndinin və yerli şirkət “Bharat Biotech” tərəfindən hazırlanan “Covaxin” adlanan vaksinin ilk dozaları yanvar ayında tətbiq olunmağa başlayacaq.

Baş Nazir Narendra Modi tərəqqini “mübarizə ruhunu gücləndirmək üçün həlledici dönüş nöqtəsi” adlandırıb.

Ölkə avqust ayına qədər 300 milyon insanın - səhiyyə işçilərinin, təhlükəsizlik işçilərinin, 50 yaşdan yuxarı və həssas qrupa aid olanların peyvənd olunmalarını hədəf qoyub.

Ölkədə soyuducu anbarlar hazırlanır və səhiyyə işçilərinə pandemiya əsnasında dünyanın ən böyük immunizasiya proqramları ola biləcək kütləvi peyvəndləmələri idarə etmək üçün təlimlər verilir.

Hindistan Xalq Sağlamlığı Fondunun prezidenti Srinath Reddy bildirir ki, “Hazırlıqlar tamamlanıb. Logistika məsələsi müxtəlif ştat idarəçiləri ilə işlənib hazırlanıb. Hər şey əlbəttə ki, peyvəndin həcmi və mövcud səhiyyə işçilərinin sayından asılıdır”.

Çatdırılma sistemi şənbə günü ümummilli "sınaq buraxılışı" ilə test edilib.

Mərkəzi Yeni Delhi Rayon Məhkəmə Hakimiyyətinin rəsmisi Arava Gopi Krişna deyir ki, “Tənzimləmələrimiz qənaətbəxşdir. Gözləmə otağımız, peyvənd otağımız və nəzarət zonamız var.”

Hindistan üstünlüklə başlayır - dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutu tərəfindən 50 milyondan çox AstraZeneca peyvəndi saxlanılır.

Ancaq hələ lokal üç sınaq mərhələsində olan yerli inkişaf etdirilmiş peyvənd üçün lazımi məlumatların qıtlığı ilə bağlı suallar var.

Səhiyyə mütəxəssisləri nikbindir. Peyvəndlərin Britaniyadan sürətlə ötürülə bilən, mutasiya olmuş variantdan belə qorunma imkanı verəcəklərini söyləyir. Təxminən 30 belə hal yeni infeksiyaların azaldığı bir zamanda narahatlıqları artırıb.

Srinath Reddy bildirir ki, "Virus bu peyvəndlə əlaqəli immun mexanizmlərindən qaça bilməyəcək, buna görə orada hər hansı bir problemin olması ehtimalı azdır".

Peyvəndlər virusun 10 milyondan çox insana yoluxduğu və təxminən 150,000 insanın həyatını itirdiyi bir ölkəyə ümid gətirir. 1,3 milyard əhalisi olan bu ölkə dünyada ikinci ən böyük yoluxma sayına malikdir.

Lakin Srinath Reddy-nin bildirdiyinə görə, “Bu, sizi şiddətli xəstəliklərdən qoruyur və bu, yalnız can qurtarma baxımından olduqca əhəmiyyətli olmayacaq - həmçinin bir çox gənc insanlarda simptom görünməsə də, koronavirusun ağ ciyərlərinə və ürəklərinə sakit bir şəkildə zərər verdiyi məlumdur”.

Hər iki peyvənd soyuducuda saxlanıla bilər, və Pfizer və Moderna istehsallı vaksinlərlə müqayisədə daha ucuzdur.

XS
SM
MD
LG