Accessibility links

Havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb


Hindistan rəsmilərinin cümə günü bildirdiyinə görə, 3 gündür davam edən çirkli hava şəraitinə görə paytaxtındakı məktəblər noyabrın 5-nə qədər bağlanacaq.

"Qonşu ştatlardakı fermaların yanğınlarının tüstülərindən təsirləndiyi üçün Dehli məktəblərinin bağlanmasına göstəriş verdim" - deyə, şəhər nazirlər kabinetinin başçısı Arvind Kirival tvitter səhifəsində bildirib.

ANİ xəbər agnetliyi Ətraf Mühitin Çirklənməsinə Nəzarət Təşkilatına istinadən bildirdiyinə görə, cümə günü səhər tezdən ictimai səhiyyə xəbərdarlığı yayılıb.

ANI məktubdan sitat gətirərək, "hava hal-hazırda təhlükəli dərəcədə çirklidir və uşaqların sağlamlığına mənfi təsir göstərə bilər" - deyə, bildirib.

Hökümətin Ətraf Mühitin Çirklənməsinə Nəzarət Təşkilatının indeksi bəzi yerlərdə havanın çirliliyinin ən yüksək həddə, 500-ə çatdığını göstərib.

Şərhlərə bax

XS
SM
MD
LG