Accessibility links

Dehli yenidən tüstüyə bürünüb


Həftə sonu havanın yaxşı və nisbətən təmiz keçdiyi paytaxt Dehli bazar ertəsi yenidən tüstüyə bürünüb.

Birləşmiş Ştatların Dehlidəki səfirtliyi havanın təmizliyi indeksinin 497 olduğunu göstərib.

Havanın Çirklənmə İndeksinə görə, bu qərəm 301-lə 500 arasında olduqda əhali üçün təhlükəli ola bilər.

Havanın Çirklənmə İndeksinın normal hesab etdiyi rəqəm 50-dən yuxarı 100-dən isə aşağıdır.

Hindistanın Press Trust şirkəti Havanın Çirklənmə İndeksinə əsasən çərşənbə axşamı günü paytaxtda havanın ağır olacağını bildirib.

"Greenpeace" və "AirVisual" şirkətləri dünyanın havasının ən çox çirklənən şəhərləri sırasına Dehlini də salıb ki, bu şəhər ilin bu vaxtında müntəzəm olaraq daha çox çirklənir. Hava adətən qış yaxınlaşdıqda, fermerlər əkin sahələrini yandıraraq təmizləyərkən çirklənir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG