Accessibility links

Nyu-York şəhərində viza fırıldaqçılığı ittihamı ilə Hindistan diplomatı saxlanılıb


Ötən həftə Nyu-York şəhərində viza fırıldaqçılığı ittihamı ilə saxlanılan Hindistan diplomatı qollarının bağlanıldığını və üzərində axtarış aparıldığını deyib. Hadisə ABŞ-la Hindistan arasında diplomatik mübahisəyə səbəb olub.

Hindistan mətbuatında dərc edilən emaildə Hindistanın dövlət nümayəndəsi Devyani Xobraqadenin axtarış zamanı bir neçə dəfə ağladığını deyilir.

Diplomat davamlı olaraq diplomatik toxunulmazlığı olduğunu deməsinə baxmayaraq, həbs müddətində digər cinayətkarlar və narkotik maddə istifadəçiləri ilə eyni yerdə saxlanıldığını deyib. Hindistan rəsmiləri diplomatın həbsini təhqiramız hadisə adlandırıb.
Kiçik müxalifət partiyası Dehli şəhərində Amerika əleyhinə nümayişlər keçirir.

ABŞ Dövlət Departamenti Hindistan rəsmilərinə insidentin iki ölkə arasında diplomatik münasibətlərə təsir göstərməsini istəmədiyini deyib.
XS
SM
MD
LG