Accessibility links

Hindistan gündəlik vaksinasiyada rekord göstərici əldə edib


Hindistan koronavirusun ölümcül ikinci dalğasından sonra peyvəndləmə siyasətində etdiyi dəyişiklik nəticəsində bazar ertəsi 7,5 milyon doza peyvənd tətbiq edildiyini xəbər verir. Bu isə bir gün ərzində peyvənd vurulmalarında rekord göstərircidir.

Bundan əvvəlki rekord 5 aprel tarixində idi - 4,5 milyon. Ondan sonra gündəlik vaksinasiya 3 milyondan az olmağa başlamışdı.

Peyvəndlənminin sürətlənməsi Baş nazir Narendra Modinin bu ayın əvvəlində elan etdiyi dəyişikliklərdən sonra baş verib. Belə ki, yeni plana əsasən hökümət peyvəndlərin 75 faizini alaraq ştatlara pulsuz paylayır.

Hindistan dekabr ayına qədər 950 milyon insana vaksin vurmağı hədəfləyir. Lakin ekspertlər bunun baş tutması üçün gündəlik 10 milyon dozanın n tələb olunduğunu bildirir. Reuters xəbər agentliyi bildirir ki, ölkədəki yetkin yaşlı insanların cəmi 5 faizi tam peyvəndlənib.

Hindistan yerli istehsal olan AstraZeneca peyvəndi ilə yanaşı, Bharat Biotech-in Covaxin peyvəndini də tətbiq edir.

Virusun ikinci dalağasına yoluxmaların zirvədə olduğu vaxt ölkə üzrə gündəlik yoluxmaların sayı 400 min idi. Aprel-may aylarında təxminən 170 min nəfərin öldüyü bildirilir.

Lakin Reuters agentliyi son 24 saatda yoluxmaların sayının azalaraq 55 minə düşdüyün xəbər verir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG