Accessibility links

Hindistanda homoseksuallıq qadağası ləğv edildi - Bəs sonra?


Hindistanda homoseksuallıq qadağası ləğv edildi - Bəs sonra?
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Hindistanda geylər arasında seksin yasaqlanmasına dair qanunun ləğvi bir çox homoseksualın sevinci ilə qarşılanıb. Lakin bu icmanın mühafizakar cəmiyyətdə qəbulunun yolu asan görünmür. Bəzi fəallar homoseksuallığın tabu şəklini aldığı məktəb və kolleclərdə yeni həyata alışmalı olacaq.

İllik qey paradlarda müşahidə edilən əzmkarlıqdan fəqrli olaraq, LGBT icmasının təhlükəsiz yer tapması çətindir.

“Tələbəlik həyatına gəlincə, onlar hələ də keçmiş vaxtlarda yaşayır. Onlar bizi təhqir edir, ələ salır, əziyyət verir” - deyə, Rabiyə adlı tələbə bildirib.

Ali Məhkəmənin qey seksi qadağasını ləğv etməsi ilə Yeni Dehli Universitetində qadınlar üçün seminarlar keçirilir.

Tələbə Laksita Ceynin dediyinə görə, qərar LGBT məsələrinin daha açıq müzakirəsinə imkan yaradıb.

“Onlar maarifləndirilməlidir. Çünki onlar çaşqınlıq yaşayır, digərlərini qəbul etmək məcburiyyətində qalır. Düşünürəm ki, evlərdə və ya məktəblərdə bu haqda danışılmadığına görə, bu, olduqca mühümdür. Kollec atmosferində bunun əhəmiyyəti böyükdür. Belə ki, onların çoxu burada formalaşır.”

İki saatlıq sessiyalar ərzində sosial normaların qəbul etmədiyi gender seçimi barədə suallar və cavablar səslənir.

Nəzəriyyə feminist qrupundan Rituparna Borah seminarların təşkilində iştirak edir.

“Əgər bərabərlik, ədalət, gender seksuallığı konseptini çatdırmaq istəyiriksə, onların bir qədər böyüməsi lazımdır. Buna görə məktəb və kollecləri hədəf almışıq. Bundan əlavə geylər təhsil sektorunda zorakılıqlarla qarşılaşır.”

Bu kimi proqramların kolleclərdə çox az dəstək verilən bir ölkədə əhəmiyyəti böyükdür.

“Bu haqda düşünmək, qəbul etmək, və hətta özümüzdə belə bir hiss olduğunu araşdırmaq anlamağın təməlidir-deyə, tələbə Kançi Qanvani bildirib.

Bütün qız tədris ocaqlarında bu kimi proqramlar təşkil edilməlidir. Xüsusilə də kişilərdən fərli olaraq qadınların daha çox problemlərlə üzləşdiyi patriarxal bir cəmiyyətdə.

“Arzularını, istəklərini açıq şəkildə dilə gətirmək qadınlar üçün çox çətindir” - deyə, Nəzərəyyə qrupundan Metha bildirib.

Homoseksuallığın necə deyərlər, kriminal yarlıkının çıxarılması 20 ildən çox zaman aparıb. Bunun qəbulu isə daha uzun vaxt ala bilər. Lakin artıq yola çıxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG