Accessibility links

Hindistanda Maoçular tərəfindən partlayış törədilib


A giant flag carried by a Maoist demonstrator on the streets of Kathmandu (File)
A giant flag carried by a Maoist demonstrator on the streets of Kathmandu (File)
Hindistanın şərqində rəsmilər Maoçu üsyançıları tərəfindən yerləşdirilən bombanın yarı-hərbi dəstənin beş üzvünü öldürdüyünü deyib.

Mərkəzi Ehtiyat Polis qüvvələrinin yüksək rütbəli rəsmiləri müxbirlərə bu gün baş vermiş hadisənin Bihar ştatının Qaya rayonunda baş verdiyini deyib.

Yarı-hərbi qüvvələrin üzvləri patrul xidməti göstərən zaman avtomobilləri yerdə bastırılmış minaya dəyib. Ərazinin Maoçu üsyançıların istinadgahı olduğu deyilir. Partlayış zamanı təxminən altı başqa yarı-hərbi polis işçisi yaralanıb.

Hindistan hökuməti Maoçuları ölkədə təhlükəsizliyə ən ciddi hədə kimi qiymətləndirib.

2010-cu ildən bəri üsyançılar tərəfindən törədilən zorakılıqlar nəticəsində 1000 nəfərdən çox insan öldürülüb.
XS
SM
MD
LG